Anons

Dünən, 12:20- Həyat yoldaşı: “Ələsgər Məmmədli məhkəmədə qəfil ürək sancısı keçirib, vəziyyəti pisləşib”

Dünən, 12:18- Fərid İsmayılov: “Bəyənmədikləri sualları verən jurnalistləri həbs ediblər”

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

Haqqımızda Əlaqə

AŞPA-da Azərbaycanla bağlı korrupsiya müzakirələri

Tarix:26-04-2018, 14:40 Baxış Sayı:134

AŞPA-da Azərbaycanla bağlı korrupsiya müzakirələri

Bu gün – aprelin 26-da AŞPA korrupsiyada və etika qaydalarını pozmaqda suçlanan indiki və keçmiş üzvlərinə sanksiyalar tətbiq edib-etməməyi müzakirəyə çıxarır.

Avropa Şurası 10 ay ərzində apardığı təhqiqatın sonucunda AŞPA-nın keçmiş sədri Pedro Aqramunt daxil olmaqla, həmin şəxslərin Azərbaycana münasibətdə korrupsiyaya yol verdiyini iddia edib.

Bu günlərdə açıqlanmış hesabatda iddia olunur ki, həmin şəxslər bu hədiyyələri qurumda Azərbaycanla bağlı tənqidi susdurmaqdan ötrü qəbul ediblər.

Müzakirəni bu linkdən rus, ingilis, türk dillərində izləyə bilərsiz.

Hesabat 123 səslə qəbul olundu.
 ***

Ukraynalı deputat Oleksii Soncharenko:

“Bu hesabatda Azərbaycanla bağlı rüşvət ittihamlarından gedir. Amma çox maraqlıdır ki, hesabatda adı keçən AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt bu vəzifəsindən məhz rüşvət ittihamlarına görə yox, Suriyaya səfərinə görə getməli oldu. Mən çox istərdim ki, bundan sonra ən azından Rusiya ilə bağlı əlaqələr də araşdırılsın”.

Yunanıstanlı deputat Tineka Strik: 

“Rüşvət ittihamları AŞPA-nın işinə ciddi zərər vurub. Bizim qurum antikorrupsiya, eləcə də müəyyən ölkələrdə insan haqlarına repressiyalara qarşı mübarizəni gücləndirməlidir”.

Almaniyadan olan deputat Andresa Nick:

“Biz AŞPA-nın nüfuzuna xələl gətirən bu cür halların bir daha təkrarlanmamasına çalışmalıyıq. Mən bu hesabatın müəlliflərinə dərindən təşəkkür edirəm. Düşünürəm ki, hesabatda adı keçən hər bir şəxslə bağlı ayrıca araşdırmalar aparılmalıdır”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov«Mən fəxr edirəm ki, Azərbaycandanam. Əvvəlcə onu bildirmək istəyirəm ki, mənim ölkəmə utanc gətirəcək istənilən addım əsl korrupsiyadır. Biz bu təşkilata dəyərlərinə görə gəlmişik. Siz korrupsiya haqda fikirləşmək istəyirsinizsə, başqa ölkələrə də nəzər salın. Niyə görə ancaq Azərbaycan? Bir ay öncə sizin burada alqışladığınız Serzh Sarkisian-ı erməni xalqı korrupsioner kimi hakimiyyətdən uzaqlaşdırdı. Mənim Ermənistanı olduqca demokratik dövlət adlandıranlara və Sarkisian-ı erməni xalqının demokratik təmsilçisi kimi bu təşkilatda salamlayanlara sualım var. Hanı bəs, cənab Sarkisian? Niyə bunu özünüzdən soruşmaq istəmirsiniz? Azərbaycan müharibə şəraitindədir. Ərazilərimizi itirdik, 1 milyon qaçqınımız var.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov:

“Biz bu təşkilata qanunun aliliyinə görə gəldik. Lakin qanunun aliliyinin yerinə yeni terminologiya görürük: “Böyük ehtimalla…”. Görünür ki, bu da yeni beynəlxalq qanundur. Mənim adım da bu hesabatda çəkilir. Və sizlərə Azərbaycandan olan korrupsioner kimi çəkilir. Hətta araşdırmanı aparanlar Seyidovun onlar arasında olmadığını bildirsələr də belə.. Mənim adım bu hesabatdadır. Ona görə də bu ədalətsizdir. Siz əlinizdən gələni edirsiniz ki, Azərbaycanı “cəhənnəmə” göndərəsiniz. Amma bu, mümkün olmayacaq. Biz mübarizə aparacağıq və qalib olacağıq. Azadlıq, demokratiya dəyərləri təkcə Avropa Birliyinə aid deyil, bütün dünyaya aiddir. 18 il öncə bura üz tutanda fikirləşdim ki, bura bizim «Avropa birliyi»mizdir. Amma indi düşünürəm ki, yox bu sizin “Avropa birliyi”nizdir. Mən belə bir “Avropa birliyi”nin üzvü olmaq istəmirəm”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL