Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

“Oğlumun başına gələcəklərə görə hakimiyyət məsuliyyət daşıyır”

Tarix:2-05-2018, 13:16 Baxış Sayı:188

“Oğlumun başına gələcəklərə görə hakimiyyət məsuliyyət daşıyır”

Nardaran məhbusu Abbas Hüseynovun anası Rəhimə Hüseynova Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edərək, oğluna qarşı işgəncələrin dayandırılmasını istəyib. Bu barədə Rəhimə Hüseynova özü bildirib.

Ana deyir ki, oğlunun aprelin 30-da onunla telefon söhbətində işgəncəyə məruz qalması haqda söylədiklərindən sonra Penitensiar Xidmətin əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidovla görüşmək üçün bu quruma gedib. Amma onun işdə olmadığını deyiblər. Rəhbər vəzifəli şəxslərdən kimsə ilə görüşə bilməsə də, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova yazdığı məktubu təqdim edib.

«Mənim oğlum günahsızdır, şərlənərək həbs olunub. Heç olmasa, onun Qobustan həbsxanasında salamat yaşamasını təmin edin. Oğlum hər dəfə ağır işgəncələrə məruz qalanda səhhəti korlanır. Sabah oğlumun başına gələ biləcək arzuolunmaz hadisəyə görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır», – R.Hüseynova məktubunda belə yazıb.

«Söz verdi ki, Abbasla görüşəcək»

Ananın sözlərinə görə, mayın 1-də Ombudsman Aparatının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyində də olub, şikayətini çatdırıb: «Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən Yevgeni Korotkeviç söz verdi ki, yaxın günlərdə Qobustana gedəcəklər və mütləq Abbasın özü ilə də görüşəcəklər».

A.Hüseynov aprelin 30-da ailə üzvləri ilə telefon danışığında deyib ki, Qobustan həbsxanasında rəis müavini də daxil, 4-5 nəfər döyüb, üç gün əlləri qandallı vəziyyətdə cərimə kamerasında «kars»da saxlanılıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında A.Hüseynovun döyülməsi barədə deyilənləri təkzib edib.

A.Hüseynov daha öncə də içəridə ona işgəncə verildiyini bildirmiş, vəkili Yalçın İmanov bu məlumatı ictimailəşdirdikdən sonra Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL