Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb

Tarix:4-05-2018, 12:01 Baxış Sayı:174

Ziya Məmmədovun oğlu 25 milyona Böyük Britaniya vətəndaşlığı alıb

Məmmədov klanı Azərbaycandakı iqtisadi sferadan da tam çəkilir

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması haqda xəbərlər təsdiqlənməkdədir. Gələn məlumatlara görə, Anar Məmmədov bir neçə il öncə Böyük Britaniya vətəndaşlığı alıb. Lakin bu haqda məlumatları gizli saxlayıb.

Sabiq nazir oğlunun illər öncədən atasının taladığı dövlət vəsaitlərini xaricdəki hesablara, bir çox Avropa dövlətləri ilə yanaşı Böyük Britaniyada mal-mülklərə transfer edib.

Böyük Britaniya o dövlətlərdəndir ki, pulunu verib vətəndaşlığını ala bilərsən. Amma digər Avropa dövlətlərindən fərqli olaraq, Böyük Britaniya vətəndaşı olmaq istəyənlər ciblərini, bank hesablarını bir qədər gen açmalıdırlar. Yəni bu ölkənin vətəndaşlığını almaq  o qədər “ucuz” deyil. Böyük Britaniyada vətəndaşlığını almaq üçün “cəmi” 1 milyon funt ödəmək lazımdır. İnvestor 750 min funtdan az olmayan bir məbləği Britaniya iqtisadiyyatına, eyni zamanda 250 min funtdan az olmayan məbləği isə Birləşmiş Krallıq ərazisində daşınmaz əmlaka yatırmalıdır. Və yaxud da bu məbləğ Britaniya banklarından birində olan hesaba köçürülməlidir. Bundan sonra investor öz ailəsi ilə birlikdə bu ölkədə qanunla yaşamaq və işləmək hüququ əldə edir. 5 ildən sonra ailə yaşayış icazəsi, 1 ildən sonra isə vətəndaşlıq əldə edir. Daha varlı insanlar üçün vətəndaşlığın verilməsi proseduru sürətləndirilə bilər. Ölkəyə 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər.

Anar Məmmədovun Böyük Britaniya vətəndaşlığı alması xəbərləri 2-3 il əvvəldən  yayılmağa başlayıb. Bunu nəzərə alsaq, belə ehtimal etmək olar ki, nazir oğlu manat ekvivalentində təxminən 25 milyon xərcləməklə 3 ilə Böyük Britaniya vətəndaşlığı alıb. Yada salaq ki, 2016-cı ildə yayılan xəbərlərdə deyilirdi ki, Anar Məmmədov Böyük Britaniya vətəndaşlığı alıb. Həmin vaxt deputat olan əmisi Elton Məmmədov bu məlumatlara münasibət bildirərkən bütövlükdə qardaşı oğlunun xarici vətəndaşlıq almasını təkzib etməmişdi.

A.Məmmədovun atası Ziya Məmmədovun dövlət büdcəsindən taladığı pullar hesabına qurduğu “Garant Holdinq”in rəhbərliyindən istefa verməsi də yeni xəbər deyil. Ziya Məmmədovun “ulduzunun sönməsi” bu  klanın iqtisadi sferadakı bizneslərinin də “milli”ləşdirilməsinə gətirib çıxardı. Bu gün  Məmmədovların Azərbaycan daxilindəki biznes imperiyası süquta uğramış durumdadır. Ziya Məmmədov nazirliyinin son 1 ilində səlahiyyətlərini bir-birinin ardıca itirdiyi günlərdə, oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in də törəmə şirkətlərini bağlayır, “qayçılayır”, lisenziyalarını ləğv edirdilər. Ziya Məmmədov ilyarımdan artıqdır ki, vəzifədən çıxarılıb. Onun mal-mülkünün “budanması” isə hələ də davam edir.   2018-ci il aprelin 1-dən onun çoxsaylı obyektlərindən biri olan Qubadakı beşulduzlu “Quba Rixos” hoteli rebrendinq edildi. Məlum oldu ki, sabiq nazirin oğluna beşulduzlu “Rixos Quba Azərbaycan” hotelini təhvil vermək tapşırılıb. Bundan sonra hotelin sahibi dəyişdirilib. Məmmədovlardan son olaraq alınan təkcə Qubadakı hotel olmadı. Azərbaycandakı “Quba Rixos” hoteli ilə yanaşı onların Gürcüstandakı “Rixos Borjomi”sini də əllərindən aldılar.

Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan “Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra “Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün “xilas kəməri” hesab etdiyi “Trump Tower” də artıq özgəninkiləşdirilib. 

Bina Məmmədovun nəzarət etdiyi “Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi.  Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komission haqqı  olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.”, “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən “Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik söküldü, yenidən təşkil edildi. Ziya Məmmədov və komandası yeni nazirlikdə vəzifəsiz qaldılar.  Hakimiyyətin 1 gedişi ilə sabiqə çevrilən Ziya Məmmədovun və klanının çox ciddi narazılığına səbəb olub. İndi məlum olur ki, oğlunu illər öncə ölkədən çıxaran sabiq nazir onun təhlükəsizliyini təmin etmək üçün 25 milyon manatından da keçib, Böyük Britaniya vətəndaşlığı alıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL