Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
İspaniya – Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovdan şikayətlənib
Xarici İşlər Nazirliyi Azərbaycanın İspaniyadakı səfirliyi ilə bağlı araşdırmalara başlayıb. Səbəb isə İspaniyadan nazirlik də daxil, Prezident Administrasiyası və parlament rəhbərliyinə İspaniyadan göndərilmiş məktublardır.
Bu barədə nazirlikdən bildirilib.
Məlumatda bildirilir ki, İspaniya – Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışları, bu mövzuda müzakirələri qadağan etməsindən şikayətlənib.
“Məktub parlament və Prezident Administrasiyasında müəyyən şəxslərə çatandan sonra Xarici İşlər Nazirliyinə araşdırma aparmaq tapşırılıb”, – mənbə bildirir.
XİN-ə göndərilmiş məktubun surəti də təqdim olunub. F.Mustafayev yazıb ki, aprelin 27-də İspaniyanın San-Sebastyan şəhərinin yeni seçilmiş meri ilə görüşündə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin bu şəhərdə təşkili məsələsi müzakirə edib, Dağlıq Qarabağ problemindən danışıb.
“Keçmiş merin qondarma Dağlıq Qarabağ Respublikasının prezidentini qəbul etdiyini nəzərə alıb, yeni seçilmiş merə bunun azərbaycanlılar üçün qəbuledilməz olduğunu xatırlatmışam. Bu görüşün Azərbaycan mətbuatında işıqlandırılması üçün press-reliz hazırlayıb, video-foto materiallarla bərabər ölkəmizin mətbuatına göndərdik. Bizi təəccübləndirən və məyus edən bütün məsələlər bundan sonra baş verdi. Azərbaycanın İspaniyadakı səfiri, cənab Anar Məhərrəmov bütün əlaqələrini işə salıb, həmin məlumatın saytlardan silinməsinə nail oldu. Səfirliyimizin əməkdaşları mənə telefon vasitəsilə bildirdilər ki, Dağlıq Qarabağ haqqında danışmağa ixtiyarım yoxdur! İmkan olan hər bir platformada Qarabağ həqiqətlərinin çatdırılması, Azərbaycanın haqq səsinin duyurulmasını qadağan etməyin nə qədər absurd olduğunu qeyd etməyimə heç ehtiyac da yoxdur”.
Səfir Qarabağla bağlı görüşdən imtina etdi
İspaniyada Navarra vilayətinin parlamentində bir neçə il öncə qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyan akt qəbul edilmişdi. F.Mustafayev məktubunda yazıb ki, bu səhvi aradan qaldırmaq məqsədilə bütün lobbiçilik fəaliyyətini həyata keçirib, Azərbaycan səfirinin vilayətin prezidenti, xanım Uşue Barkosla görüşünü razılaşdırıb. Lakin səfir Anar Məhərrəmov bu görüşdən imtina edib.
F.Mustafayev Azərbaycan hökumətindən səfir A.Məhərrəmovun fəaliyyətinin araşdırılmasını xahiş edib və araşdırmalar başa çatana qədər diaspor fəaliyyətini dondurduğunu yazıb:
“Son addımı rəhbərlik etdiyim təşkilata və şəxsən özümə qarşı təhqir hesab edirəm. Bu, haqsızlıqdır, vəzifədən sui-istifadədir, mətbuata təzyiqdir, diplomatik fəaliyyətlə bir araya sığa bilməz. Bu məsələyə aydınlıq gətiriləndək mən bütün diaspor fəaliyyətimi dondururmaq məcburiyyətindəyəm.
Mən bir azərbaycanlı kimi həmişə öz dövlətimin, prezidentimin yanındayam. İnanıram ki, bu məsələyə aydınlıq gətiriləcək və Azərbaycan naminə ümumi fəaliyyətimiz zamanı biri-birimizə mane olmaq əvəzinə, dəstək göstərməyin vacibliyi amili bütün digər merkantil maraqlar üzərində qələbə çalacaq”.
Azərbaycanın İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmovdur. 2016-cı ilin aprelindən bu vəzifəni tutan Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğludur.
Bu səfirlik mayın 8-də – Şuşanın işğalı günündə paytaxt Madriddə keçiriləcək bir tədbirlə bağlı elan yayıb. Tədbirin Dağlıq Qarabağ probleminə, Şuşanın işğalına heç bir aidiyyəti yoxdur. Söhbət 9 may – Qələbə bayramı münasibətilə nəzərdə tutulan tədbirdən gedir. Şuşanın işğal günü səfirlik İlham Əliyevin qızı Arzu Əliyevanın rəhbəri olduğu layihə əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?” adlı sənədli filmin ispan dilində nümayişi keçiriləcək.