Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Hüquqşünas Ələsgər Məmmədli Azərbaycan hakimiyyətini ifşa edən maraqlı bir qeyd paylaşıb. Ə.Məmmədli bir əcnəbinin gömrük bəyannaməsində göstərmədən Azərbaycana 20 min avro gətirdiyi və sonra da çıxardığı, lakin Azərbaycan hüquq-mühafizə orqanlarının onu saxlasa da, barəsində cinayət işi açmadan sərbəst buraxdığı, üstəlik pullarını da özünə qaytardığı haqda xəbərə rast gəlib və xəbəri paylaşaraq, bu vəziyyəti AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbsilə qarşılaşdırıb. Yazını təqdim edirik:
İsveçrə vətəndaşı külli miqrarda vəsaiti – 20 min avronu ölkədən bəyan etmədən çıxararkən yaxalanıb, sonra pulu da qaytarılıb, özünü də buraxıblar gedib. Vəkili də qeyd edib ki, bu şəxs sadəcə pul çıxarmaq istəmirmiş, hətta o daha öncə də qanunu pozaraq, 20 min avronu bəyan etmədən ölkəyə gətirmişimiş. Yəni ikiqat qanunu pozduğu məlum olur.
Amma bu şəxsə qarşı cinayət işi açmayıblar. Buraxıblar gedib. Hətta ölkə hüquq müdafiə qurumları qanuna o qədər hörmət edirlər ki, onun adını və soyadını şərti olaraq göstəriblər. Sadəcə iki hərflə…
Bu xəbər mənim niyə diqqətimi çəkdi? Ona görə ki, təxminən bir il öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasətçi xanım Gözəl Bayramlı və Azərbaycanın ərazi bütünlüyü uğrunda döyüşlərdə iştirak etmiş qazi jurnalist Əfqan Muxtarlı hər biri 10 min avronu bəyan etmədiklərinə görə həbs olunub, həbsxanaya göndəriliblər. Həm də nə az, nə çox biri 3 il, digəri 6 il azadlığını 10 min avronu bəyan etmədiyi üçün itirib.
İndi hansı zəka sorunu olan durub iddia edə bilər ki, bu siyasətçi xanımla jurnalist qazinin həbsi siyasi deyil? Gözəl Bayramlı və Əfqan Muxtarının üzərində tutulduğu iddia edilən vəsaitin bütünü həcmində vəsaiti öncə bəyan etmədən ölkəyə gətirən, sonra da ölkədən çıxararkən üstündə tutulan və cinayət işi açılmalı olan şəxs pulu da cibinə qoyularaq, əl-qolunu sallaya-sallaya ölkədən yollana bilir və buna görə də üstəlik utanmadan təşəkkür edir. Əslində bu təşəkkürlə də məhkəməyə, hüquq muhafizə orqanlarına siyasi müdaxiləni bəyan edir və eyni zamanda cinayət işinin açılıb-bağlanmasının siyasi müdaxilələrlə olduğunu göz önünə sərgiləyir. Avropa Məhkəməsində bu işlərin kommunikasiyasında lazımlı fakt olacaq bu yanaşma…