Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Avropa Şurası Nazirlər Komitəsinin sədri, Danimarka XİN rəhbəri Anders Samuelsen iki həftə öncə avropalı deputatlar arasında korrupsiya faktları ilə bağlı müstəqil istintaq qrupunun hesabatının açıqlanması ilə əlaqədar AŞPA prezidenti Mikele Nikolettiyə məktub göndərib.
Bu barədə "Nyu-York tayms" yazır. Nəşrin müxbiri məktubun mətni ilə tanış olub.
Məqalədə qeyd olunur ki, AŞPA-nın bəzi üzvləri, o cümlədən keçmiş prezidenti Pedro Aqramunt pul, zərgərlik məmulatları almaqda və Azərbaycan hakimiyyətinin xeyrinə fəaliyyət göstərmək üçün müxtəlif xidmətlərə görə ödəmələrdə ittiham olunurlar.
Samuelsen bildirib ki, AŞPA hesabatda adı keçən şəxslərin cəzalandırılmasını yubadır. O, bəzi deputatların hesabatdan sonra heç bir addımın atılmaması üçün diqqəti yayındırmasından narahatlığını bildirib.
Nazirlər Komitəsinin sədri AŞPA-nı "dərhal və qətiyyətlə" hərəkət etməyə çağırıb, əks halda avropalı nazirlər bunun əvəzinə "müvafiq addımları nəzərdən keçirəcəklər".
Korrupsiyanın araşdırılması zamanı daha bir mühafizəkar siyasətçinin, İspaniyanın müdafiə katibi Aqustin Kondenin adı keçib. Korrupsiya əməlində günahlandırılan digər siyasətçilər Avstriya, Belçika, Böyük Britaniya, Polşa, Rumıniya və Azərbaycandandır.
Bu yaxınlarda İtaliya hakimiyyəti ölkənin keçmiş nümayəndəsi Lukas Volontinin barəsində cinayət işi qaldıraraq onu Azərbaycan nümayəndə heyətinin iki keçmiş üzvündən 2 mln.-dan çox avro almaqda ittiham edib.
Qeyd edək ki, aprelin 22-də AŞPA-nın saytında "AŞPA-da korrupsiya ittihamları üzrə Müstəqil istintaq orqanının 219 səhifəlik hesabatı" dərc edilib. Orqan Assambleya Bürosunun qərarı ilə yaradılıb.
Hesabatda qeyd olunur ki, araşdırmada diqqət əsasən Azərbaycana yönəlib, çünki məhz bu ölkənin nümayəndələri açıq şəkildə sistemli olaraq pulla ələ alınma həyata keçiriblər.
"Müstəqil istintaq orqanı" AŞPA-nın 17 hazırkı və keçmiş deputatının barəsində korrupsiya sxeminə dair sübutları təqdim edib.
İtaliyalı Luka Volonte ilə yanaşı siyahıda AŞPA-nın keçmiş prezidenti Pedro Aqramuntun və iki ispaniyalı Avqustin Konde və Jordi Xukla, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov və Müslüm Məmmədov, finlandiyalı Yakko Laakso, belçikalı Şterf Qoris və Alen Desteks, norveçli Karina Voldset, isveçli Qoran Lindblad, rumıniyalı Sezar Preda, avstriyalı Ştefan Şennak, britaniyalı Robert Uolter, polyak Tadeuş İvinskiy, alman Eduard Lintnerin adı var.
Aprelin 26-da Avropa Şurası Parlament Assambleyası bu təşkilatda korrupsiya üzrə müstəqil İstintaq Qrupunun məruzəsilə bağlı qətnamə qəbul edib.
Assambleya Avropa parlamentini və ATƏT Parlament Assambleyasını korrupsiyanın araşdırılması üzrə qrupun tövsiyələrindən istifadə etməyi və komitələrə namizədləri irəli sürən siyasi qruplara "öz praktikalarına yenidən baxmağı" təklif edib.
Milli nümayəndə heyətlərinə və siyasi qruplara, hətta AŞPA üzvü olan ölkələrin hökumətlərinə öz deputatları ilə bağlı sənədin detallarını öyrənmək və fərdi siyasi məsuliyyət prinsipindən irəli gələrək həyata keçiriləcək tədbirlər barədə ilin sonunadək hesabat vermək tapşırılıb.