Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
"Buta" aşağı büdcəli aviaşirkət Türkiyənin populyar kurort şəhəri Antalyaya reysləri ləğv edib. Antalyaya son uçuş iyunun 3-də olacaq.
Antalyada dincəlmək istəyən Azərbaycan vətəndaşları AZAL-ın təyyarələrindən istifadə edəcəklər ki, bu da "Buta"da olduğundan xeyli bahadır.
Belə ki, loukosterin hər iki tərəfə standart bileti 320 manatdır, AZAL-da isə yay vaxtı Antalyaya ekonom-sinifdə biletin qiyməti 600-700 manat olur.
Şirkətdən məlumatı təsdiqləyiblər, ancaq bunun səbəbləri ilə bağlı açıqlama verməyiblər. Qeyd olunub ki, yayda "Buta"nın təyyarələri Türkiyənin digər kurort şəhərinə -Alanyaya uçacaq.
Iqtisadçı Natiq Cəfərli deyib ki, şirkət Azərbaycan vətəndaşlarını daha bahalı bilet almağa məcbur etməklə onların sayəsində qazanmaq istəyir.
"İnhisarçı AZAL özbaşına qiymət təyin edir. Bundan əlavə, şirkət Azərbaycana başqa aviaşirkətləri buraxmır və Bakıdan reyslərin 90%-ni özü və ya digərlərilə tərəfdaşlıq şəratində yerinə yetirir", - o bildirib.
Nəticədə bundan yenə də Gürcüstan qazanacaq.
"Gürcüstan Türkiyə istiqamətində uçuşları artırmaq qərarına gəlib və yayda Türkiyə kurortlarına loykosterlər açılacaq. Azərbaycan vətəndaşlarının bir hissəsi bundan öncə də Gürcüstandan uçurdu, indi onların sayı daha da çox olacaq", - ekspert vurğulayıb.
N.Cəfərli qeyd edib ki, biletin baha olmasına baxmayaraq, AZAL zərərlə işləyən şirkət olaraq qalır. "Şirkətdə menecmentliklə bağlı problem var. Odur ki, inhisara və biletlərin bahalığına baxmayaraq, şirkət zərərlə işləyir", - o bildirib.