Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində hərəkət edən “Gilavar” Hava və Ekstrim İdman Klubunun itkin düşmüş 3 üzvü ilə bağlı müəmmalı faktlar meydana çıxıb. Məlum olub ki, klubun itkin düşmüş üç üzvü - Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı bu yaxınlarda müxtəlif vaxtlarda “Whatsapp” messencerində üzv olduqları qrupları tərk ediblər.
“Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya faktı təsdiq edib:
“Bizim bir neçə “Whatsapp” qrupumuz var. Arda-arda uşaqların hər üçü qruplardan çıxdı. Həmin ankı hislərimi ifadə etməkdə çox çətinlik çəkirəm, çox həyəcanlandım. Dərhal nömrələrinə zəng etdim, amma təəssüf telefonları bağlı idi. İnternet üzərindən araşdırma apardıq, belə anladıq ki, uzun müddət istifadə etmədiklərinə görə, “Whatsapp” onları özü çıxarıb. Amma necə, nə cür olur anlamadıq. Uşaqların son “online” vaxtı itkin düşməzdən əvvəlki tarixi göstərir. Yəni faktiki olaraq qrupdan çıxmaq üçün “online” görünməli idilər, amma dediyim kimi, son “online” vaxtı ötən ilin dekabrını göstərir.
Onlar sağdırsa və qrupdan çıxmaq istəyiblərsə belə, “online” görünməli idilər. Hər şey eyni anda baş verdi: “Babur qrupu tərk etdi”, “Fəridə qrupu tərk etdi” və... Sresli vəziyyətə düşdük, çox silkələndik həmin an”.
Z.Qasımlı “bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verimisinizmi” sualına cavab olaraq, “xeyr”, deyə bildirib:
“Burada FHN-lik bir şey görmədim deyə əlaqə saxlamadım. Amma indi onlarla əlaqə saxlayacağam”.
Bizə də müəmmalı qalan məsələni araşdırmaq üçün hər üç alpinistin əlaqə nömrəsinə zəng vurduq, amma onlara zəng çatmadı. Buna görə də “Azercell” və “Bakcell” operatorlarına müştəri kimi müraciət edərək, məlumat almağa çalışdıq.
Onlara Babur və Fəridənin (050-051) əlaqə nömrələrini təqdim etdik.
“Azercell” müştəri xidmətlərinin əməkdaşı bizə, intenernetə çıxış varsa, telefon nömrəsi bağlı olsa da, “Whatsapp”dan istifadənin mümkün olduğunu bildirdi.
“Nömrə bağlansa belə, “Whatsapp” həmin telefonda qalır. Telefon nömrələri birtərəfli aktivdir (zəng gedir, amma nömrələrin zəng çıxışı bağlıdır). Çünki son bir neçə aydır ki, nömrələrə kontur yüklənmir”.
“Sonuncu dəfə nömrələrə nə vaxt kontur yüklənib” sualına cavab olaraq isə “nömrə kimin adınadırsa, o zəng vursun”, deyə “Azercell” əməkdaşı bildirdi.
“Bakcell”in müştəri xidmətlərindən bizə verilən məlumatda deyilir ki, “Whatsapp” “Bakcell”in xidməti olmadığı üçün ətraflı izahat verə bilmirlər:
“Əgər siz müəyyən müddətdə nömrəyə vəsait yükləməsəniz, nömrə bağlanır. Belə olan təqdirdə siz “Whatsapp”da yenidən qeydiyyatdan keçmək istəsəniz SMS almayacaqsınız. Ən azı beş aydan bir nömrəyə 1 manat yükləyin. Çünki doqquz ay istifadə olunmadıqda “Bakcell” nömrəsi ləğv olunur”.
İnformasiya texnologiyaları mütəxəssisinin Modern.az-a bildirdiyinə görə, “Whatsapp” qrupundan 3 halda çıxış mümkündür: “Həmin üzvü ya admin çıxarır. Ya özü şəxsən qrupu tərk edir. Üçüncü halda isə şəxs “Whatsapp” proqramını telefonundan silir. Bu üç hal istisna, üzvün avtomatik olaraq qrupu tərk etməsi mümkün deyil”.
Qeyd edək ki, 26 dekabr 2017-ci il axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabrda Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü geri qayıtmayıb, onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. İtkin düşən alpinistlər Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızıdır. Onların axtarıçı hələ də nəticəsiz qalır...