Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Həm mətbuat vasitəsi ilə, həm də yazılı olaraq baş prokuror Zakir Qaralova müraciət edərək Mirfeyzullah Seyidovun səhhəti ilə əlaqədar həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı təqdimat verilməsi məsələsinə baxılmasını xahiş edirəm”.
Bu barədə vəkil Cavad Cavadovun baş prokuror Zakir Qaralova müraciətində deyilir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Mirfeyzullah Seyidov mayın 9-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (küllü miqdarda narkotik maddə satışı) maddəsi ilə ittiham irəli sürülüb.
Mayın 10-da Nərimanov Rayon Məhkəməsi Seyidov barəsində həbs qətimkan tədbiri seçib.
Vəkil Cavadov mayın 15-də təcridxanada Mirfeyzullah Seyidovla görüşüb.
“Təcridxanada görüşüm zamanı gördüm ki, onun sağlamlıq durumu həqiqətən çox ağırdır. Əldə etdiyim tibbi sənədlərə əsasən o xroniki böyrək xəstəsi-1-ci qrup əlil olmaqla, həftədə üç dəfə əvəzedici böyrək müaciləsi-hemodializ alır. Bundan başqa şəkərli diabet, diabetik nefropatiya, hipertoniya, anemiya xəsətiklərindən əziyyət çəkir. Bir il əvvəl ürək əməliyyatı edilərək ürəyinə iki ədəd stend qoyulub. Bakı İstintaq Təcridxanasında onun dializ proseduruna aparılması təmin olunur. Bununla yanaşı onun xüsusi qidalanmaya və daimi həkim nəzarətində dərmanların qəbuluna ehtiyacı olduğundan ən azından Müalicə Müəssisəsinə köçürülməsinə ehtiyac vardır”, vəkil Amerikanın Səsinə bildirib.
Cavad Cavadov Seyidovun xəstəlikləri ilə bağlı sənədləri də baş prokurora müraciətinə əlavə edib.
“Bütün bu deyilələnlər həkim sənədləri ilə təsdiq olunur və hüquqlarını müdafiə etdiyim şəxsin tələbi ilə onun səhhətinin ağır durumu səbəbindən onları ictimailəşdirirəm”, vəkil qeyd edib.