Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Xəbər verdiyimiz kimi, mayın 13-ü qəbul imtahanından çıxandan sonra 17 yaşlı Pənah Quliyev gecə saatlarında özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar edib. Hadisə ilə bağlı Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məqalələr dərc edilib. Amma dünən ATV kanalında Zaur Baxışəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən” verilişində 17 yaşlı Pənah Quliyevin ölümü ilə bağlı aparılan müzakirələr mərhmun ailəsinin ciddi narazılığına səbəb olub.
Pənah Quliyevin babası Neymət Bayramov deyib ki, ailəsi elektron KİV-lərdə nəvəsinin ölümü ilə bağlı yayımlanan xəbərlərdən narazı deyil. Amma N.Bayramov tele-aparıcı Zaur Baxışəliyevin nəvəsi ilə bağlı fikirlərinin ailədə ciddi narahatlıq doğurduğunu deyib:
"Mərhum nəvəmi körpəlikdən mən saxlamışam. Məni qoyub nəvəmlə bağlı kimdənsə "yarımçıq məlumat” almaq heç bir məntiqə sığmır. Hazırda anasının vəziyyəti məlum hadisə ilə bağlı çox pisdir”.
Mərhumun babası söhbət əsnasında ağlayaraq bunları deyib: "Mən, Pənah Quliyevin babasıyam, onu özüm böyütmüşəm, bu itkini izah etmək mümkün deyil. Amma səbrimi birtəhər basıb dözürəm, hazırda vəziyyətim normaldır və özümü idarə etməyi bacarıram. Amma Zaur Baxışəliyev kimə istinad edir, kimə arxayın olub bilmirəm... Nəvəm haqqında verilişində ağzına gələni danışır. O kimdir ki, heç bir mənbəyə əsaslanmadan nəvəmin ölümündən verilişində şou yaradıb. Milli mənəvi əxlaqımıza yad olan sözlər danışıb. Zaur əsassız olaraq bildirib ki, nəvəm Pənah Quliyevin intiharı var-dövlət üstündə olub. A kişi, 17 yaşlı uşağın var-dövlətlə nə əlaqəsi ola bilər? Sənin bu açıqlamava mən nə deyim? Ayıb olsun, insanların heysiyyatı ilə oynamaq olmaz. Bunları efirə necə buraxıblar”.
Neymət Bayramov heç bir əsası olmadan Zaur Baxışəliyevin nəvəsi ilə bağlı səsləndirdiyi fikirlərinə görə, Milli Televiziya Radio Şurasına müraciət edəcəyini və təkzib olunmazsa, məhkəməyə kimi gedib çıxacağını dilə gətirib: "Mən, sizin vasitənizlə MTRŞ-ya səslənirəm. Zaur Baxışəliyev intihar edən nəvəm barədə verilişində əsassız fikirlər səsləndirib. Xahiş edirəm, onun barəsində ölçü götürəsiniz. Buradan Zaur Baxışəliyevə də müraciət edirəm. Bəsdir, kiminsə ölümündən şou yaratdın. Bəsdir, özüvə süni tamaşaçı auditoriya yaratdın”.