Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Dünən Sosial mediada bir məktub yayıldı. Bu məktub bir vətəndaşımızın ədalət hayqırışı idi. O vətəndaş ki, O, uzun müddət xidmət etdiyi polis sistemindəki problemləri, neqativ halları mediada açıq şəkildə ifadə edərək, tənqid etmiş, bu kimlərinsə xoşuna gəlməmişdir… Bir həftə öncə siyasi tənqidlərini açıq ifadə edən, problemləri çıplaklığıilə göstərən və sosial media üzərindən canlı şəkildə cəmiyyətə bunlardan danışan Seyid Mirfeyzulla qəflətən elə tənqid etdiyi sistemin əməkdaşları tərəfindən saxlanıb, dərhal da narkotik ittihamı ilə həbs edilib və 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
Seyid bəyin həbsinin narkotiklə bağı olmadığını, həbsinin gerçək səbəbinin ifadə etdiyi fikirlər olduğunu ən yaxşı onun keçmiş həmkarları bilir..
Bu müzakirə edilməyəcək qədər aydın həqiqətdir ki onun həbsi qanunsuz, sifarişli həbs olub. Amma bir detal unudulub, Seyid bəy çox ciddi həyati təhlükəsi olan xəstədir və onun sağlığı imkan vermir ki, o kimlərisə rahatlatmaq üçün 3-5 ay həbsdə keçirsin və kimlərsə bunu report etsin ki, filankəsi də “cəzalandırdıq”.
Dünənki məktubdan da aydın görünür ki, Seyid bəyin həyatı təhlükəsi ölüm təhlükəsi həddinə çatıb. Hər iki böyrəyini itirmiş biri olaraq onun həftədə 3 dəfə qanını təmizləmə qurğusuna (dializ aparatına) qoşulmasa həyati funksiyaları bitəcək. Bu birbaşa şəxsin ölümə tərk edilməsidir. O, hətta həqiqətən 234-cü maddənin çərçivəsində bir cinayət əməli törətdiyini bir anlığa ehtimal etsək belə, bunun cəzası ölüm deyil. Amma indiki halda heç bir təqsiri olmadan şəxsi təcrid etmək və elementar tibbi tədbirlərə çıxışını məhdudlaşdırmaq, onun həyatını itirməsi təhlükəsi ilə qarşı-qarşıya qoyub.
Mən bilirəm ki, sosial media bu ölkədə siyasət formalaşdıranlar üçün informasiya mənbələri arasında çox geridədir. Lakin, ümid edirəm ki, bu statusum belə olmaycaq və vəziyyətin ciddiliyi dərk ediləcək.. .
Seyid Mirfeyzullanın həbsdə ikən həyatını itirməsi (Allah gecindən versin!) yəqin ki, heç kimə, xüsusilə hökumətə sərf etməməlidir. Məntiqlə, onun bu vəziyyətdə 3 aylıq həbs-qəti imkan tədbiri ləğv edilməli, onun normal tibbi müalicə imkanı təmin edilməlidir. CPM buna imkan verir.
Doğrudur, bütün haqsız tutulanlar azadlığı haqq edir və bu onların haqqıdır. Amma bu olayın daha fərqli tərəfi də var və təcili tədbir görülməli, Seyid evinə buraxılmalıdır.