Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Dünən Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan ərazisindədöyüş tapşırığını yerinə yetirən əsgər Tatarov Adil Əli oğlu şəhid olub. O, 28 yanvar 1999-cu ildəAğstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. Adil Qıraq Kəsəmən kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Dünən dəfn olunmaq üçün öz kəndinə gətirilən şəhidin tabutunu insan seli qarşılayıb.
Qarşılanma mərasimində iştirak edən şəxslərdən biri şəhid ailəsinin durumu ilə bağlı redaksiyamıza məlumat göndərib. Məlum olub ki, həddindən artıq yoxsul durumda yaşayan ailə qaz borcunu ödəyə bilmədiyi üçün 1 ildir qazsız qalıb. Dünən Adilin şəhid olduğunu eşidən icra nümayəndəliyindən gəlib təcili qaz xəttini qoşublar. Ailənin başçısı Əli kişi dolanışıq üçün balıq ovu ilə məşğul olub. Amma “ədalət keşikçiləri” bunu da ona çox görüblər. Onu “qanunsuz balıq ovu” ittihamı ilə tutublar, işi məhkəmədədir. Hazırda ailədə heç kəs işləmir. Ailənin qız övladlarından biri xəstədir və ailə uzun müddət ona xəstəlik təqaüdü alıb. Lakin iki il əvvəl o təqaüd dədayandırılıb, Növbəti komissiya yoxlaması zamanı xəstəliyin təsdiq olunması üçün ailədən pul-rüşvət istəyiblər. O pul tapılmadığı üçün təqaüdü kəsiblər.

4 bacının yeganə qardaşı olan Adil bir ildən artıq hərbi xidmətdə olmasına baxmayaraq, indiyə kimi ailədən onun yanına gedən olmayıb. Ailə imkansızlığa görəövladının andiçmə mərasiminə belə gedə bilməyib. Adil isə hərbi xidmətdə nümunəvi snayperçi olub, xidmət dövründə neçə fəxri fərman alıb. Bu hökumətin ölkəvətəndaşına, öz torpağını qoruyan əsgərinin ailəsinə verdiyi dəyər bu qədərdir. Neçəki, bu sistem davam edəcək, o münasibətin dəyişəcəyinə heç bir ümid də yox…