Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Azərbaycanın “pulyuyan maşını” ilə 2012-2014-cü illərdə xaricə axan 2,9 milyard dollardan Birləşmiş Ştatlara da “pay çatıbmış”. Özəl Azərbaycan şirkəti Virciniyada bir qurumu işə cəlb edib, on ildən çox bir müddət ərzində ABŞ hökumətində lobbiçilik fəaliyyəti gerçəkləşdirilib.
Bunu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərlər Layihəsinin – OCCRP-nin yeni araşdırması üzə çıxarıb.
“Pulyuyan maşın”ın məqsədi Azərbaycan hökumətinin siyasi gündəmini təbliğ etmək olub. Daha öncəki araşdırmalar bu pulların bir hissəsinin Avropa siyasətçilərnin bank hesablarına köçürüldüyünü ortaya qoymuşdu. Həmin siyasətçilər prezident İlham Əliyev rejimininin jurnalistləri və siyasi fəalları həbs etməsinə baxmayaraq onu tərifləyirdilər.

Bu pulun dəqiq mənbəyi bilinmir, saxta şirkətlər vasitəsilə gizlədildiyi bildirilir. Ancaq araşdırmalar həmin vəsaitin arxasında Azərbaycanın hakim elitasının durduğunu göstərib.
BİR MİLYON 600 MİN DOLLAR
Son araşdırmada isə deyilir ki, “pulyuyan maşın”ın mərkəzində duran, real sahibləri, yaxud direktorları olmayan iki saxta şirkət – Metastar Invest və Hilux Services Bakıda mənzillənən, “Renaissance Associates” adlı təşkilata bir milyon 600 min dollar köçürüb. Pul 18 dəfəyə, 2012-2014-cü illərdə köçürülüb. Bu təşkilatsa ABŞ-da lobbi şirkətini işə cəlb edərək Azərbaycanın təbliğiylə məşğul olub. Şirkətin təmsilçiləri ABŞ Konqresində xarici yardım büdcəsiylə bağlı qərar verən komitə üzvlərinə – senatorların, Nümayəndələr Palatası üzvlərinin kampaniyalarına ianələr ayırıb.
Renaissance şirkətinin Bakıda mənzillənən “biznesmenlər, pedaqoqlar və investorlar konsosiumu” olduğu, İsveçrədə ofislərinin yerləşdiyi bildirilir. Məqsədinin “Azərbaycanın 1991-ci ildə müstəqillik qazanandan bəri demokratik prinsiplərə və mülki cəmiyyətin gücləndirilməsinə sadiqliyini təbliğ etməklə Birləşmiş Ştatlardakı imicini yüksəltmək” olduğu vurğulanır.
Elxan Süleymanov
OCCRP həm Avropa, həm də ABŞ-da lobbiçilik fəaliyyətinin arxasında deputat Elxan Süleymanovun durduğunu qeyd edir. İtalyan təhqiqatçılar onun ölkənin imicinin təbliğini hədəfləyən “Azərbaycan 2020: Gələcəyə gülümsə” planına görə məsuliyyət daşıdığını bildirib. Bu planı 2011-ci ilin sonunda prezident İlham Əliyev irəli sürüb.
Süleymanov Bakıda rejimi dəstəkləyən təşkilatın rəhbəridir və bu təşkilat da “Renaissance” ilə birlikdə işləyir, hətta ofisləri də birdir. Di gəl, “Renaissance” ilə Süleymanov, yaxud Azərbaycan hökumətində başqa biriylə rəsmi əlaqə aşkarlanmayıb. Bu səbəbdən ABŞ-dakı lobbiçilik şirkəti də Xarici Agentlərin Qeydiyyatı Aktı (FARA) çərçivəsində bu əlaqəni açıqlamaqdan boyun qaçırıb. Axı, Birləşmiş Ştatlarda xarici hökumətlərin maraqlarını təmsil edənlərdən bunu bəyan etmək tələb olunur.
Elxan Süleymanovun təşkilatı Azərbaycanda Mülki Cəmiyyətin İnkişafı Uğrunda Assosiasiya adlanır. OCCRP araşdırmaçıları onun ofisiylə əlaqə saxlayıblar, ancaq onlara deputatın ingiliscə danışmadığı, ona görə də onunla birbaşa əlaqə yaratmağın mümkün olmayacağı söylənib. Di gəl, Avropa Şurasındakı profilində ingilis dili Süleymanovun işçi dili kimi göstərilir. “Renaissance” barədə Süleymanovdan, ofisindən açıqlama almaq mümkün olmayıb.
BAKININ ABŞ-dakı ADAMI
Digər ödənişlərin isə prezident Əliyevlə sıx əlaqələri olan nüfuzlu neft və qaz konsultantına – Adil Bağırova ödəndiyi bildirilir. O, Ohayo ştatının Deyton şəhərində yaşayır, özünü uğurlu mühacir kimi təqdim edir, ancaq ABŞ hökumətində Azərbaycan adına lobbiçilik edir. Hyustonda ABŞ Azərbaycanlıları Şəbəkəsinə rəhbərlik edir. Bakıda 10 konqresmenin iştirak etdiyi konfransın təşkilindən sonra Bağırova 253 min 150 dollar ödəniş olunduğu bildirilir. Ancaq Bakıdakı konfransı Azərbaycan Dövlət Neft Şirkətinin gizli şəkildə maliyyələşdirdiyi ortaya çıxınca, konqresmenlər sərt tənqid edildi, bu məsələni Nümayəndələr Palatasının Etika Komitəsi araşdırdı.
Bağırovun ABŞ-da Azərbaycan adına bir sıra tədbirlər gerçəkləşdirdiyi bildirilir. OCCRP onun və ailəsinin Bakıda elit çevrəylə oturub-durduğunu yazır. Özü ABŞ-dakı fəaliyyətə görə medalla təltif olunub. Atası və özü uyğun olaraq Rusiya və Azərbaycan hökumətlərində müşavir vəzifəsində çalışıb. O, həm ABŞ, həm də Azərbaycan vətəndaşı olub, azı 2005-ci ilədək Rusiya vətəndaşlığı da varmış.