Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Çexiyada Gülalıyevin oğlunu hədələyirlər

Tarix:24-05-2018, 17:10 Baxış Sayı:152

Çexiyada Gülalıyevin oğlunu hədələyirlər

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əligülşad Gülalıyev 2013-cü ildə saxta ittiham əsasında cinayət işi üzrə həbs edilib. Şərti cəza başa çatdıqdan sonra onu dəfələrlə polisə çağırıblar və yeni təqiblərlə hədələyiblər. Gənc Gürcüstana, oradan isə Avropaya qaçmaq məcburiyyətində qalıb.

2018-ci il oktyabrın 10-da o, Almaniyadan Çexiya Respublikasının Xavirov şəhərinə deportasiya olunub. "Bir müddət burada yaşadıqdan sonra anladım ki, Azərbaycan hökumətinin adamları məni izləyir", deyə onun 24 may tarixli bəyanatında bildirilir.

O, ilk dəfə mayın 7-də iki nəfər tərəfindən izləndiyini hiss edib. İki gün sonra o, yenə həmin oğlanların onun ardınca düşərgədən şəhərin mərkəzinə getdiklərini görüb.

"Onlardan birinin Tbilisidə məni fəal şəkildə izləyən şəxs olduğunu tanıdım.

2017-ci il mayın 26-da o, Tbilisidə mənə hücum etdi, amma xoşbəxtlikdən qaçmağa müvəffəq oldum", deyə Gülalıyev qeyd edir. O, üç gün sonra jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlandığını xatırladır.

"2018-ci il mayın 10-da polis departamentinə getdim və izləndiyimi bildirdim.

Təəssüf ki, polis təhlükəni ciddi hesab etməyib. Uzun danışıqlardün sonra polis mənə heç bir zəmanət vermədi. Hazırda öz həyatıma görə ciddi narahatam", deyə Gülalıyev bildirir.

Daha sonra o qeyd edir ki, atası Oqtay Gülalıyev aprelin 16-da siyasi mühacirlərin və onların Azərbaycandakı qohumlarının təqibi haqqında "Avropa dosyesi" hesabatının anonsunu verib. Bundan sonra onu söhbət üçün DİN-ə çağırıblar və bildiriblər ki, məruzəni dərc etsə Çexiyada oğlunun problemləri olacaq. Zabit həmçinin xəbərdarlıq edib ki, hüquq müdafiəçisinin oğlunu Ə.Muxtarlı kimi Azərbaycana gətirə bilərlər. "Bütün bu təhdidlərə baxmayaraq, atam məruzəni dərc edib. Bundan sonra başlayan proseslər Azərbaycan hakimiyyətinin öz təhdidlərini həyata keçirməyi planlaşdırdığını sübut edir", deyə Ə.Gülalıyev bildirib. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL