Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Əvf siyasi məhbuslar problemini həll etmədi

Tarix:25-05-2018, 15:05 Baxış Sayı:168

Əvf siyasi məhbuslar problemini həll etmədi

Dünənki əvf fərmanı Azərbaycanda siyasi məhbus problemini həll etməyib, hüquq müdafiəçiləri belə hesab edirlər.

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar verilmiş əfv fərmanı ümidləri doğrultmadı. 160-dan çox siyasi məhbusdan cəmi 12 nəfər azad edildi", deyə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Əvf Qobustan həbsxanasında 20 ildən çox ömürlük həbs cəzası çəkən keçmiş zabitlərə şamil edilməyib.

Onlar mühakimə edilərkən ömürlük həbs cəzası olmamasına baxmayaraq, onlar bu cəzaya məhkum edilib. Həmin vaxt ölüm cəzasının alternativi 15 il azadlıqdan məhrumetmə idi.

ReAl hərəkatının sədri İlqar Məmmədov da azad edilməyib, baxmayaraq ki, onun barəsində Avropa İnsan Hüquqları Məhkəməsinin qüvvəyə minmiş iki qərarı var.

Jurnalistlər, blogerlər, hələ 2007-ci ildə həbs edilmiş "Səid Dadaşbəylinin qrupu"nun üzvləri həbsdə qalıblar.

"Biz, keçmiş siyasi məhbuslar bu əvfin demokratik prinsiplərin tələblərinə və insan hüquqları sahəsində bəyan edilmiş islahatlara uyğun olmadığını hesab edirik", deyə Həsənov qeyd edib.

Öz növbəsində, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının rəhbəri Oqtay Gülalıyev dünənki əvfi "imitasiya" adlandırıb.

Belə ki, əvf olunan 12 siyasi məhbusun 4-nün cəza müddətinin bitməsinə cəmi 7 gün qalırdı. Daha bir siyasi məhbus - Xalq Cəbhəsi Partiyasının fəalı ağır xəstədir. Digər bir siyasi məhbusun - Elşad Rzayevin cəza müddətinin bitməsinə bir neçə ay qalırdı.

Gülalıyevin fikrincə, bir neçə ay ərzində yerli və beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinin qarşıda duran "böyük əvf" vədləri ilə aldadılırdı.

Fəalın fikrincə, əfv, demək olar ki, siyasi məhbusları əhatə etməyib.

"Hakimiyyət bu addımı ilə bir daha göstərdi ki, güclü təzyiq olmadığı müddətcə onlar siyasi məhbus problemini həll etməyəcəklər", deyə Həsənov bildirib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL