Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Azərbaycan Dövlət Statistika Komitəsi (DSK) turizm sahəsində növbəti bilğiləri açıqlayıb.
Bu ilin əvvəlindən dünyanın 151 dövlətindən ölkəmizə 630 mindən çox əcnəbi gəlib. Ötən ilin analoji dövrü ilə müqayisədə artım 12,4% təşkil edib.
Gələnlərin coğrafi strukturuna nəzər salsaq, turistlərin 27,4%-i Rusiyanın payına düşür. Gürcüstan 22,1%, İran 15,8%, Türkiyə 11,6%, BƏƏ 4,7%, Ukrayna 1,9%, İraq 1,8% təşkil edir. Digər ölkələrin vətəndaşları 14,6%, vətəndaşlığı olmayanlar 0,1% təşkil edib.
Fars körfəzindən olan turist axınında artım müşahidə olunur. Belə ki, 2018-ci ilin birinci rübündə 2017-ci ilin analoji dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 7,1 dəfə, Bəhreyn və Qətərdən gələnlərin sayı 2,7, Səudiyyə Ərəbistanı - 2,4, Oman- 1,9, İraq- 1,7, BƏƏ 1,3 dəfə artıb.
Ancaq İrandan turistlərin sayı 6,4% azalıb ki, bu da ekspertlərin fikrincə, qonşu ölkədəki iqtisadi vəziyyətlə bağlıdır.
Lakin hər şey sevindirici və müsbət deyil: rəsmi məlumatlara görə, Avropadan turist axını azalmaqda davam edir. Hesabat dövründə Azərbaycana 18 600 avropalı gəlib ki, bu da turistlərin ümumi sayının 2,3%-ni təşkil edir. Müqayisə üçün: sözügedən müddətdə ölkəmizdə 204 mindən çox MDB vətəndaşı olub.
Qonaqpərvər respublikamıza gələn turistlərin strukturunda bu cür azalmanın səbəbi nədir? Niyə Köhnə dünyanın sakinləri Azərbaycandan yan keçərək İspaniya və Türkiyədə dincəlməyə üstünlük verirlər?
Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Yankauskas CBC telekanalına müsahibəsində bizim ölkədə turizm industriyasında vəziyyəti şərh edib, bu sahədə inkişafı ləngidən əsas problemlərə toxunub.
"Bakıya gələn avropalı turistlər 2,3% təşkil edir. Bu, çox kiçik rəqəmdir. Avropalıları cəlb etmək üçün ilk növbədə bu sahədə tarif siyasətini dəyişmək lazımdır. Aİ-dən Bakıya ucuz reys yoxdur. Avropalı ailələr üçün aşağı büdcəli turlar yoxdur. Bu ailələrin mühüm hissəsini təqaüdçülər təşkil edir. Birhəftəlik istirahət üçün 2-2,5 min avro xərcləmək onlara uyğun deyil. Ardıcıl olaraq, turizm biznesinə ikiulduzlu və üçulduzlu otellərin inşası üçün çoxlu investor cəlb etmək lazımdır.
Çünki turist Bakıya şəhərin görməli yerləri, milli mətbəxi ilə tanış olmağa gəlir, otel otağında oturub telekanalları izləməyə gəlmir. Azərbaycanda indiki servis orta statistik avropalı üçün çox baha başa gəlir", - K.Yankauskas qeyd edib.
Azərbaycan Turizm və Menecment Universitetinin turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov Turan ilə söhbətində bu fikri genişləndirib. Onun sözlərinə görə, turist üçün istirahət marşrutu seçərkən əsas amillərdən biri xidmətə görə qiymətdir.
Bu planda Azərbaycan hələlik Türkiyə və Gürcüstandan geri qalır. Ona görə də Avropa və MDB-dən olan ailələrin çoxu üçün Bakıya turizm səfəri bahalıdır.
"Bu günlərdə gözümə maraqlı məlumat dəydi. Aviabiletlərin axtarışı və bronlaşdırılması üzrə Skyscanner adlı beynəlxalq servis araşdırma aparıb. Məlum olub ki, Bakıda iki nəfər üçün ikihəftəlik istirahət rusiyalılara 1602 dollara başa gəlir. Bir nəfərə bir sutka təxminən 100 manata başa gəlir ki, bu da Tbilisidə olduğundan iki dəfə bahadır. Ölkə regionlarında da istirahət ucuz deyil. Azərbaycanı büdcəyönlü turizmə aid etmək olmaz", - B.Bilalov qeyd edib.
Ancaq nəzərə almaq lazımdır ki, dünya turizm bazarında rəqabət sərtləşir. Bu rəqabətə davam gətirmək üçün rəqiblərin təcrübəsini öyrənmək, sərfəli qiymətə yeni xidmətlər təklif etmək, müdrik, differensiallaşdırılmış qiymət siyasəti tətbiq etmək lazımdır. Bədbəxtlik bundadır ki, əvvəla, bizim ölkədə turizm mövsümi xarakter daşıyır, ikincisi, bu sahədə inhisar var. Bu amillər vəziyyətə mənfi təsir göstərir, sahibkarlar qiymət azalmasına getmirlər, ancaq mənfəət barədə düşünürlər. Turizmin inkişafı strategiyası dəyişməz qalır, real rəqabət mühitinin, kiçik və orta sahibkarlığın yaradılması böhran vəziyyətindədir. Əgər həm keyfiyyətli xidmət, yeni istirahət növləri, həm də qiymətlərlə bağlı müsbət dəyişiklik olmasa, əcnəbilər, eyni zamanda bizim vətəndaşlar digər kurortlarda və dəniz sahillərində istirahət üçün alternativ variantlar axtaracaqlar.