Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

REAL-ın daha bir fəalı həbs edilib (YENİLƏNİB)

Tarix:30-05-2018, 15:55 Baxış Sayı:145

REAL-ın daha bir fəalı həbs edilib (YENİLƏNİB)

 Nizami rayon Məhkəməsi REAL Partiyasının fəalı Nəriman Mücahid İsmayılı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (Polisin qanuni tələbinə tabe olmamaq) 30 sutka inzibati həbsə məhkum edib. Bu barədə  REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Bununla da REAL Partiyasının tərəfdarlarının mayın 28-də Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirdikləri bayram nümayişindən sonra 3 fəalı həbs edilib.

Cəfərlinin sözlərinə görə, hazırda Yasamal rayon Məhkəməsində REAL Partiyasının daha bir fəalı (4-cü fəalı) Ərəstun Baxşəliyevin eyni ittihamla işinə baxılır.

"Bunlardan əlavə, REAL-ın daha 4 fəalı sahə müvəkkiləri tərəfindən polisə dəvət edilib", deyə o qeyd edib.

* * *

2018 May 30 (Çərşənbə) 15:52:05

REAL fəallarına qarşı həbs dalğası başlayıb

Mayın 30-da REAL Partiyasının fəalı Elmir Həmzə məhkəmənin qərarı ilə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 25 sutka həbsə məhkum edilib. Bu barədə  REAL Partiyasının Məclis üzvü Natiq Cəfərli bildirib.

Partiyanın daha bir fəalı Ərəstun Baxşəliyev hazırda Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb. Pattiyanın daha iki fəalı da polisə çağırılıb.

REAL Partiyasının Məclis üzvü Azər Qasımlı mayın 29-da polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə Yasamal Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati qaydada həbs edilib.

Fəalların həbsi REAL Partiyası fəallarının mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı istiqlaliyyət küçəsindəki abidənin önündə nümayiş keçirdikdən sonraya təsadüf edir. 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL