Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
AXCP Gədəbəy rayon təşkilatının sədri Ramiz Novruzov özünə və ailə üzvlərinə ciddi təzyiqlərin olduğunu bildirib.
R.Novruzov Gədəbəy rayonunun keçmiş icra başçısı, öncə narkotik maddə, sonra isə Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsində ittiham olunan Saleh Rüstəmovu müdafiə etdikdən sonra ona qarşı təqiblər başlayıb.
R.Novruzov bildirib ki, Prezident Administrasiyasına müraciət hazırlayıb. Müraciətdə 1992-1993-cü illərdə S.Rüstəmovun rayona rəhbərlik etdiyi dövrdə Başkəndin azad edilməsində və digər yaşayış məntəqələrinin erməni təcavüzündən müdafiəsində onun rolundan danışıb. Müraciəti 120 nəfər imzalayıb.
Bundan sonra Bakıdan göstəriş gəlib ki, R.Novruzovun xanımının (hakim Yeni Azərbaycan Partyasının üzvüdür) rəhbəri olduğu uşaq bağçasında yoxlama aparılsın.
R.Novruzovun sözlərinə görə, həyat yoldaşına təzyiq göstərməyə başlayıblar. Bu səbəbdən R.Novruzov bosanmaq istəyir ki, xanımını rahat buraxsınlar.
Xatırladaq ki, S.Rüstəmov və qohumu Vidadi Rüstəmli üç həftə öncə narkotik maddə ittihamı ilə həbs olunublar.
Ancaq mayın 26-da Baş Prokurorluq və DİN bildirib ki, o, qanunsuz sahibkarlıqda və çirkli pulların yuyulmasında ittiham olunur. Rəsmi versiyaya görə, Rusiyada bizneslə məşğul olan S.Rüstəmov AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün sahibkarlardan pul yığıb. Pul bank dövriyyəsindən yan keçməklə AXCP fəallarına çatdırılıb. Bu iş üzrə AXCP fəalları Babək Həsənov, Aqil Məhərrəmov və Ruslan Nəsirli həbs olunub.
AXCP-də pulların yuyulması ittihamını absurd adlandırıblar