Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Lələtəpə döyüşünün iştirakçısı linfa xərçəngindən ölüb

Tarix:7-06-2018, 14:42 Baxış Sayı:174

Lələtəpə döyüşünün iştirakçısı linfa xərçəngindən ölüb

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan döyüşçü Azər Aslanov iyulun 7-də ölüb. Bu barədə onun əmisi oğlu Tural Aslanlı məlumat yayıb. Bildirib ki, o, uzun müddət Qan İnstitutunda müalicə alıb:

 

“Ciddi müalicə alsaydı, ömrü bəlkə bir neçə il uzanardı. Ancaq quru sözlərdən başqa heç bir kömək göstərən olmadı. Əmim oğlu keçinən vaxt mən xəstəxanada idim. Xəstəxana işçilərinin bu qədər soyuqqanlı olduğunu bilmirdim. İnsanlıq onlar üçün bitib”.

 

T.Aslanlı deyir ki, həkimlər Azərin valideyinlərinə “xəstəxanada səs-küy salmayın, onsuz da gec-tez gedəcəkdi”, - deyirmişlər.

 

“Bu necə insanlıq, necə vicdandır? Bu dövlət üçün canından keçməyə hazır olan birisinə qarşı bu qədər soyuqqanlılıqla yanaşmağı ancaq həkimlər edərdi”.

 

2016-cı ilin aprelində Lələtəpə döyüşünün iştirakçısı Azər Əbülfət oğlu Aslanov Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu olub. O, uzun müddət linfa xərçəngindən əziyyət çəkirdi. Hətta müalicəsinə dəstək olmaq üçün Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət etmişdi.

 

Müraciətində qeyd etmişdi ki, iki övlad atası olaraq ailə vəziyyətinin ağır olması, müalicə olunması üçün lazım olan vəsaiti əldə etməyi mümkün deyil.

 

O bildirmişdi ki, qulluq etdiyim N saylı hərbi hissəsinin yarıqat əmək haqqından başqa gəlir yeri yoxdur.

 

A.Aslanov bildirib ki, xəstəliyi ilə əlaqədar olaraq qulluq etdiyi N saylı hərbi hissədən yaxın günlərdə təxris etdikdən sonra isə müalicə üçün heç cürə maddi imkan əldə edə bilməyəcək.

 

Son ümid yeri kimi Ali Baş Komandan İlham Əliyevə və xanımına üz tutan hərbi qulluqçu yazırdı:

 

“Kaş içimdəki bu ağır xəstəliyə düçar olmaqdansa, vətən uğurunda şəhid olaydım. Ancaq mən ümidimi itirməmişəm və hörmətli prezidentim İlham Əliyevə və sizə olan inamım daim ürəyimdədir. Sizdən Azərbaycan Milli Ordusunun hərbiçisi kimi, vətəndaş kimi, iki övlad atası kimi xahiş edirəm, ağır xəstəliyimin müalicəsi üçün mənə kömək edin. Həkimlərimiz bu ağır xəstəliyin ölkəmizdə və xaricdə müalicə olunaraq bir müddət yaşamağın mümkün olduğunu deyirlər. Mən də mümkün olduğu qədər yaşayıb torpaqlarımızın işğaldan azad olunmasını görmək istəyirəm. Çünki buna inanıram”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL