Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Dubayda oğurlanan azərbaycanlı uşağın taleyində kritik dönüş
Azərbaycan Konstitusiya Məhkəməsi Ali Məhkəmənin Merim Beishekeyevanın iddiası üzrə Dubay Ali Məhkəməsində çıxarılmış qərarın tanınmasına dair qərardan verilən şikayəti icraata götürüb. Söhbət Azərbaycan vətəndaşı Davud Bağırovun adı keçən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Ali Məhkəməsinin qərarından gedir.
Həmin qərar ötən il Azərbaycan Ali Məhkəməsinə təqdim olunub. 2017-ci ilin oktyabrında Azərbaycan Ali Məhkəməsi Dubay Ali Məhkəməsinin qərarını tanıyıb. Həmin qərara görə Dubaydan qaçırılaraq Azərbaycana gətirilən Ceyla Bağırova anası Merim Beishekeyevaya qaytarılmalı idi. Ötən 7 ay ərzində qərar icra olunmayıb. 2015-ci ildə Dubaydan Türkiyəyə, oradan isə Azərbaycana qaçırılan ABŞ vətəndaşı olan azyaşlı Ceyla Bağırova bu günə qədər naməlum ünvanda anasından və icra məmurlarından gizlədilir. Bu qalmaqallı cinayət əməli ilə bağlı Dubay Əmirliyinin prokurorluğunda Azərbaycan vətəndaşı Davud Bağırovun əsas fiqurant olaraq adı keçən uşaq oğurluğu ilə bağlı cinayət işi istintaq olunub.
Merim Beishekeyevanın nümayəndəsi Abdulla Əfəndizadə deyir ki, baş verən qanunsuzluqlar barədə ölkə rəhbərliyinə teleqramla məlumat verib. “Prezidentə, I vitse presidentə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinə, Qırğızıstanın Azərbaycan Respublikasındakı səfirliyinə teleqramla müraciət etmişik. Azərbaycan Konstitusiya Məhkəməsinə iş materialları 2017-ci il dekabrın 18-də daxil olub. 5 ay 1 həftə sonra iş icraata götürüldü. Adətən Konstitusiya Məhkəməsi işi icraata maksimum 3 ay ərzində götürür və ya imtina qərarını elan edirlər. Amma bu iş üzrə məhkəmə öz praktikasından kənara çıxdı. Hesab edirəm ki, bu, Davud Bağırov və onun bacısı, Ailə, Qadın, Uşaq Problemləri Dövlət Kömitəsinin şöbə müdiri Cəmilə Bağırovanın əlaqələrindən istifadə etməsinə söykənir. Onlar yüksək vəzifəli şəxslərin adından istifadə ediblər. Bu haqda Davud Bağırov xaricdən Merim Beishekeyevaya zəng etdirməklə bildirmişdi. Uşağı oğurlanan anaya demişdilər ki, iddiasından əl çəksin, bundan sonra uşağını görə bilər. Əks təqdirdə uşağı görməyəcək. Çünki Davud Bağırovun arxasında yüksək vəzifəli şəxslər dayanır. Və bu zəngdən sonra Konstitusiya Məhkəməsi 5 aylıq sükutu pozdu və Davud Bağırovun şikayətini icraata götürdü. Bu, o deməkdir ki, Davud Bağırov və onun havadarları Konstitusiya Məhkəməsinə güc göstərə biliblər. Bu isə Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin olmasını şübhə altına alır. Ona görə də hesab edirəm ki, bu məsələlərə ölkə rəhbərliyi diqqət etməlidir”.

Abdulla Əfəndizadə deyir ki, Konstitusiya Məhkəməsi sədrinin həyat yoldaşı, Səbayel Rayon Qeydiyyat Şöbəsinin müdiri İradə İsgəndərova vaxtilə bu iş üzrə saxtakarlıq edib: “Ceyla anasından oğurlanaraq Azərbaycana qaçırılandan sonra Davud Bağırov heç bir sənəd təqdim etmədən ona Azərbaycanda İradə İsgəndərovanın imzası ilə saxta doğum şəhadətnaməsi almışdı. Davud Bağırov özü də məhkəmədə etiraf etdi ki, həmin doğum şəhadətnaməsi bir sənədin kserokopiyasını telefonla yollamaqla alıb. Yəni tam qanunsuz olaraq Ceylaya doğum şəhadətnaməsi aldığını məhkəmədə özü də etiraf etmişdi”.
Abdulla Əfəndizadə deyir ki, 7 aydır ki, Davud Bağırov Azərbaycan Ali Məhkəməsinin qərarını icra etməkdən yayınır. Buna görə onun barəsində Səbayel İcra və Probasiya şöbəsi axtarış elan edib: “12 mart 2018-ci ildə Səbayel İcra və Probasiya şöbəsi bu haqda hüquq-mühafizə orqanına rəsmi məktub göndərib. Lakin həmin məktub üzrə axtarış işi aprelin 28-dən başlanıb. Yəni Davud Bağırov özünün barəsindəki axtarış işinin Konstitusiya Məhkəməsi şikayətini icraata götürməsinə qədər uzada bilib. Bundan sonra onu saxlasalar belə, o, iş üzrə şikayətinin Konstitusiya Məhkəməsində olduğunu deməklə məsuliyyətdən yaxa qurtarmağa çalışacaq. Konstitusiya Məhkəməsi mənə göndərdiyi məktubda yazır ki, guya şikayəti mayın 30-da icraata götürüblər.
Mən mayın 29-da Konstitusiya Məhkəməsində olmuşam və həmin gün qəbul şöbəsinin müdiri Anar Cəfərov dedi ki, iş haqda məlumat yoxdur. İcraata götürülüb-götürülməməsi bilinmir. Ona görə də ehtimal edirəm ki, işi icraata, deyilən kimi, mayın 24-də deyil, mayın 30-da götürüblər. Sadəcə köhnə tarixlə yazıblar. Mən mayın 31-də Konstitusiya Məhkəməsinə məktub yazıb bildirmişəm ki, qarşı tərəf işin icraata götürüləcəyini deyir. Həmin qərarın arxa tarixlə veriləcəyindən söhbət getdiyini də xüsusi olaraq vurğulamışam. Və mənə göndərilən məktubda yazırlar ki, guya qərar mayın 24-də verilib. Yəni Davud Bağırovun Merim Beishekeyevaya zəng etdirərək ona “arxamda böyük adamlar dayanıb” mesajını çatdırması ilə baş verənlərin arasında əlaqə var. Buna şübhə etmirəm".
Abdulla Əfəndizadə deyib ki, Konstitusiya Məhkəməsi iyunun 20-də iş üzrə Azərbaycan Ali Məhkəməsinin Dubay Ali Məhkəməsinin tanınma qərarı ilə bağlı iclası olacaq. Nümayəndə ölkə rəhbərliyi ilə yanaşı Konstitusiya Məhkəməsinin hakimlərinə də müraciət etməklə övladı anaya qovuşduracaq ədalətli qərarın qüvvədə qalması üçün addımlar atılmasını istəyib.