Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Göyçay sakini: Direktor 6500 manat rüşvət aldı, işə düzəltmədi

Tarix:16-06-2018, 12:13 Baxış Sayı:166

Göyçay sakini: Direktor 6500 manat rüşvət aldı, işə düzəltmədi

“Bir müddət öndə Göyçayın 7 saylı məktəbinin direktoruna yaxın qohumumuzun işə düzəlməsi ilə bağlı müraciət etdik. Direktor Adil Məmmədov bizə müraciətimizi nəzərə alacağını, müəlliməni işə qəbul edəcəyini söylədi. Bir müddət sonra isə zəng edib “Nar bayramı üçün məktəblərdən pul yığılır. Məndən də istəyiblər. Mən rəhbərliyə məruzə edim, siz də həmin tədbirin keçirilməsi üçün 6.500 manat ödəyin. Sonra sizin işi düzəldəcəyəm”, - dedi. Biz həmin pulu ödədik, ancaq o, söz verdiyi kimi müəlliməni işə götürmədi”.

Göyçay sakini Səbuhi Quliyev belə deyir. Bildirir ki, Vəfa Quliyeva adlı həmin müəllimə illərdir iş tapa bilmirdi:

"Axırda bir iş tapacaq, dedik. Onun da axırı belə oldu. İndi onunla bağlı işimiz Korrupsiyaya Qarşı Mübarizə İdarəsindədir. Cinayət işi açılıb, “araşdırırıq” - deyirlər, ancaq bir yerə çıxmır. Əvvəl gündən məktəb direktoru ilə söhbətimiz belə oldu. Pulu birbaşa ona yox, Göyçayda keçirilən “Nar bayramına verdik. Görünür, direktordan bayrama görə pul istəmişdilər. O da həmin pulu bizim vasitəmizlə ödədi. Əvəzində isə bizə verdiyi sözü tutmadı. Həm puldan olduq, həm də işdən."

Səbuhi Quliyev deyir ki, iş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə dekabrdan gedib, müstəntiq Camal Bağırova həvalə edilib. Hətta 2 maddə ilə cinayət işi də açılıb. Ancaq hər hansı bir tədbir görülməyib:

“Əlimizdə direktorun bizdən 6500 manat almasını təsdiqləyən video-görüntü də var. Həmin görüntüləri də aidiyyatı qurumlara təqdim etmişik. Yenə də işin gedişatında bir irəliləyiş olmayıb. Pulumuz batıb, direktor cəzalandırılmayıb”.

S.Quliyev deyir ki, əllərində olan videoda hər şey açıq-aşkardır. Direktor Adil Məmmədov videoda pulu aldığını etiraf edir.

“Deyir, həftənin ikinci günü gedirəm nazirliyə. Sizin işi həll etməyimlə bağlı məktub gətirəcək, işi həll edəcəm. Gətirə bilməsəm, 4-cü gün pulunuzu geri qaytaracağam. Və biz bu görüntülərin hamısını sübut kimi təqdim etmişik. Nə olsun, görünür, Adil Məmmədovun arxasında duranlar var. Yoxsa bu qədər söhbətdən sonra həbs edilərdi”.

"Xalq xəbər" qazeti məsələyə münasibət öyrənmək üçün şikayətdə adıçəkilən Adil Məmmədovla əlaqə saxlayıb. Adil Məmmədov artıq direktor vəzifəsində olmadığını, 6 aydan çoxdur öz ərizəsi ilə işdən çıxdığını söyləyib:

 

“Dedikləri hamısı ağ yalandır. Mən o insanı həyatda cəmi 2 dəfə görmüşəm. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin “qaynar xətti”nə müraciət etmişdi. Guya mən onlardan qohumlarını işə düzəltmək üçün pul almışam. Dedikləri tamamilə yalandır. Məni şərlədi və işimdən bezdirdi. Əsəblərim korlandı, çalışa bilmədim. Nəticədə səhhətimdə də problemlər yarandığından öz ərizəmlə işdən çıxdım. Mənim əsəbimlə, səhhətimlə oynadı”.

“44 ilin müəllimiydim. 30 il idi ki, direktor vəzifəsində çalışırdım. Məni qarayaxmaları ilə rayonda nüfuzdan, hörmətdən saldılar. Ötən il dekabrın 22-də ərizə ilə müraciət etdim. Yanvarın 18-də ərizəm qəbul edildi və mən işdən ayrıldım. Heç müəllim kimi də qalmaq istəmədim. Hazırda işsizəm, sadəcə təqaüd alıram, vəssəlam. Bilirsiniz, şikayətdən sonra Bakıdan yoxlama gəldi, sorğu-sual, axtarış və sair, əsəblərim dözmədi”.

Nar bayramı münasibətilə Göyçaydakı məktəblərin direktorlarından pul yığıldığı haqda söhbətlər dolaşır. Ötən il dekabrın 21-də Göyçayın 9 saylı orta məktəbinin direktoru Akif Qəribovun intihara cəhdini də rayon icra hakimiyyətinin pul tələbi ilə əlaqələndirmişdilər. Akif Qəribovun çalışdığı məktəbin həyətində şah damarını kəsdiyi bildirilirdi. Səbəb kimi isə Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin ondan böyük miqdarda rüşvət tələb etməsi göstərilirdi.

Həmin ərəfədə, dekabrın 20-də isə Göyçayın Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Müzəffər oğlu Şamilov ürəktutmasından öldü. Ondan da böyük məbləğdə pul tələb edildiyi üçün bu hala düşdüyü deyilirdi.

Adil Məmmədov deyir ki, barəsində açılan iş artıq qapadılıb. Onun günahsız olduğu məlum olub.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL