Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Yararsız filmlərimiz

Tarix:25-06-2018, 13:08 Baxış Sayı:174

Yararsız filmlərimiz

Kinoşünas Aygün Aslanlı,

Rusiyada bir-birinin ardınca vətənpərvərlik mövzusuna həsr olunmuş böyük büdcəli və pafoslu filmlər çəkilib ekranlara buraxılmağa başlayanda tənqidçi Anton Dolin “tənqidə ehtiyacı olmayan” filmlər haqqında bir məqalə yazmışdı (“28 панфиловцам“ и “Землетрясению” не нужен критик»). Məqalədə deyilirdi ki, hazırda Rusiya kinosunda toxunulmaz filmlər kateqoriyası yaranıb. Bu kateqoriyaya daxil olan filmləri təhlil-tənqid eləmək mümkün deyil. Dərhal dörd bir yandan qaragüruh tökülür adamın üstünə və onu vətən xaini çıxardır.

Son vaxtlar Azərbaycan kinosunda da buna bənzər bir kateqoriya yaranıb – “təhlilə və tənqidə yararsız filmlər” kateqoriyası..

Rusiyadan fərqli olaraq bizdəki konkret vətənpərvər, ideolojik filmlər deyil, yox. Azərbaycan kinosunda “tənqidə yararsız” filmlər, dövlət sifarişi ilə çəkilən, sonra da dövlətin təmsilçisi simasında onları təhvil alan Mədəniyyət və Turizm Nazirliyi, kinostudiya – bir sözlə, məmurlar tərəfindən qayçılanan filmlərdi.

Əhvalat belə vaqe olur:

Hər hansı bir kino məmurunun hər hansı bir tədbirdə görüb-bəyəndiyi, yaxud uzun illər film çəkmək həsrətiylə alışıb-yanan, hər şeyə Trüffo kimi iki əlinin baş və şəhadət barmaqları ilə yaratdığı çərçivədən baxan hər hansı bir rejissor çağırılır və boynuna minnət qoyula-qoyula ssenarisinin qəbul olunduğu, ona film verildiyi deyilir. (Özü də elə deyilir, elə bil dədələrinin halal malını verirlər).

Rejissor sevinə-sevinə çıxır, səbirsizliklə çəkilişə başlayacağı günü gözləyir. Büdcəni kəsirlər, dözür, texnikanı gecikdirirlər, dözür, hər şeyə dözür, təki film çəkilsin, təki, nəhayət, o da fəxrlə “çəkilişin ortasında operatora dedim ki…” deyə bilsin, “filmimi peşmən festivala göndərdim, cavab gözləyirəm” deyə bilsin, rahat-rahat “əşşi, Triyer nə vaxtdan rejissor olub? Axırıncı filmində də hoqqabazlıq eləyir”, “Zvyaqintsev başdan-ayağa konyukturadı”, “əsl kino Tarkovskiylə, Antonioniylə bitdi” deyə bilsin. Dözür və çəkir, əsəb sarsıntısı keçirə-keçirə, danışmaq lazım gələndə susa-susa…

Qərəz, ağır məşəqqətlərdən sonra film təhvil verilir və… Bay! Mədəniyyət və Turizm naziri, onun məmurları filmi bəyənmir. Niyə?

Məsələn, ona görə ki, filmdə qara buludlar çoxdu. Aaa, necə yəni? Demək istəyirsən ki, ölkəmizin üzərini qara buludlar alıb? Kəsilsin.

Ya da məsələn, qəhrəmanın yanında axsaq bir it qaçır. Nə? Azərbaycanda axsaq it? Kəsilsin.

Ya da baş rolda istedadlı, amma üsyankar bir aktyor çəkilib. “..Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”… Kəsilsin və başqa aktyor çəkilsin.

Ya da əhvalatın 90%-i Tiflisdə cərəyan elədiyinə görə ekranda tez-tez şəhərin ümumi mənzərəsi, gülərüz gürcü polisləri görünür. Tiflisi niyə bu qədər çox göstərmisiniz? Gürcü polisi niyə bu qədər mehribandı? Kəsilsin, Bakının bir-iki panoramı, Alov Qüllələri, təzə bulvar-filan əlavə olunsun və s.və i.

Kino — riyaziyyat qədər dəqiq, müəyyən bir alqoritmə (müəllif ideyasına) tabe edilmiş hərəkətli təsvirlər sənətidi! Orda ən xırda detalına qədər hər şey bir-biri ilə birbaşa əlaqəlidi – məkan, zaman, personajlar, onların geyimləri, dekorasiyalar, rekvizitlər… Artıq bir detal, aktyorun yersiz bir jesti belə dramaturji struktura xələl gətirir. Doğrudu, bir film müxtəlif fəlsəfi, psixoloji yozumlara meydan açan qatlara malik ola bilər, amma onların hamısı ekran adlı çərçivənin içində göstərilənlərlə sərhədlənir. Ekranda nə varsa, odu. Nə artıq, nə əskik.

Bəs biz kinonun qanunları nəzərə alınmadan qayçılanan, dramaturji strukturuna kobud şəkildə müdaxilə olunan Azərbaycan filmlərini necə təhlil eləyək? Nədən danışaq? “Əslində rejissor belə yox, elə çəkmək istəyirmiş, ona icazə verməyiblər” deyək? Yoxsa deyək ki, ekranda gördüklərinizi unudun və filan səhnənin yerində başqa şeyi təsəvvür eləyin?

Elə bu məqamdaca xatırladım ki, sadaladığım nümunələrin hamısı öz fantazıyamın məhsuludu. Yəni mən bunların həqiqət olduğuna əminəm, ancaq heç kimə heç nə isbatlaya bilmərəm. Əksinə, adıçəkilən nazirliyin əməkdaşları məni onlara iftira atmaqda günahlandıra, kinomuzun nailiyyətlərini görməzdən gəldiyimi çox qəşəng sübut eləyə bilərlər. Təkcə ona görə yox ki, ölkədə haqq-ədalət qalmayıb, məhkəmələr belədi, hakimlər elə. Yox. Həm də ona görə ki, filmlərinin başına oyun açılmış rejissorların, çox güman ki, heç biri bunu açıq şəkildə boynuna almayacaq. Hətta əksəriyyətinin nə cavab verəcəyini də təxmin eləyirəm: “mən şəxsi intriqalara qarışmıram”, “sizin hansı cəbhədə, kimlərin tərəfində olduğunuzu bilirəm” (Cəbhə, ha?!). Bəziləri də “sizin bilmədiyiniz məsələlər var, ona görə mən heç nəyi açıb-ağartmıram” deyəcək.

Anladığınız kimi, “kinoşniklərimiz” xəyallarının puç olmasından, o “ləkələnmiş” filmlərin altına imzalarının qoyulmasından, premyera günü səhnəyə çıxıb “mənim, bizim filmimiz” deməkdən, məmurlara təşəkkürlərini bildirməkdən, saxta təbriklər eşitməkdən çəkinmirlər, ancaq bir daha eyni situasiyaya düşməmək, nəyisə dəyişdirmək üçün, cüzi də olsa, səy göstərməkdən çəkinirlər.

Təbii ki, problem sistemdədi, bilirəm. Ona görə də, konkret heç bir ad çəkmədim. Amma digər tərəfdən bu sistem Marsdan gəlməyib, axı, nə də enerjisini Marsdan almır. O bizim qorxularımızla, səssizliyimizlə, mənfəətpərəsliyimizlə qidalanır.

Rus yazıçısı Sergey Dovlatovun repressiya dövrü haqqında dediyi bir fikir var: “dörd milyon danosu Stalin yazmamışdı”.

Hazırda yaşadığımız informasiya cəmiyyətində pis-yaxşı nə baş verirsə, ona görə hamımız məsuliyyət daşıyırıq. Xüsusən də, baş verənlərin bilavasitə iştirakçısıyıqsa, məsuliyyətimiz ikiqat artır. Müasir sənətin etik prinsipi budu. Susmaqla, yaxamızı kənara çəkməklə məsuliyyətdən qurtulmaq mümkün deyil.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL