Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxaca səbəb olan Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində aparılan işlər hələ təxminən 1 aya qədər davam edəcək.
Bu sözləri Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli sözügedən yolda aparılan işlərlə əlaqədar həmin istiqamət üzrə hərəkətin qismən məhdudlaşdırılması səbəbindən yaranan böyük tıxacdan danışarkən deyib.
A.Nəcəfli bildirib ki, təmir hələ yeni başlayıb və mərhələləi şəkildə davam edəcək:
"Təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq. Hazırki mədudlaşma 2-3 gün çəkəcək. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi.
Sonra isə əks istiqamətdə başlanılacaq. O da təxminən 2 həftə davam edəcək. Ümumilikdə 1 aydan bir qədər az müddətə tamamlanacaq. Təxminən 20 günə bütün işlər yekunlaşacaq".
Xatırladaq ki, bu gün gecədən başlayaraq, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsinin asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb.
Təmir işləri sözügedən hissədə birinci mərhələ üzrə yalnız sol 3 hərəkət zolağında aparılır, yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb.
Moskva prospektindən 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla, hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-Şamaxı yolu istiqamətinə yönəldilib.
A.Nəcəfli bildirib ki, məhdudlaşdırmaya baxmayaraq, sürücülər 20 Yanvar dairəsi və Şamaxı yolundan istifadə etməklə, yenidən əsas yola çıxa bilər. Bundan başqa, Biləcəri enişindən istifadə etməklə "Delfin" otelin qarşısından da əsas yola çıxmaq imkanları var:
"Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar. Sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etmələri tövsiyyə olunur".
A.Nəfəflinin sözlərinə, təmir işlərinə uyğun olaraq növbəti mərhələlər çərçivəsində baş tutacaq məhdudiyyətlər barədə öncədən ictimaiyyətə ətraflı məlumatlar veriləcək.