Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Aprelin 13-də saat təqribən 12 radələrində bir qrup ictimai fəal 162 saylı məktəbin önündə, həmin təhsil müəssisəsinin intihar etdiyi bildirilən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı anım mərasimi keçiriblər.
Mərasimə gələn ictimai fəallar məktəbin darvzası önünə gül dəstəsi qoyublar, şamlar yandırıblar.
Anım mərasiminə qatılanlar bildiriblər ki, E.Hacıyeva laqeyd münasibətin qurbanı olub. Onların fikrincə, bundan sonra müəllimlər, valideynlər və bütünlükdə cəmiyət uşaqlara münasibətlərinə yenidən baxmalıdrlar. Elina Hacıyevanın həmyaşıdı olan bir məktəbli qız isə deyib ki, bu hadisədən sonra Təhsil Nazirliyinin şagird-müəllim münasibələrinə yenidən baxacağını gözləyirdi. “Yanaşama bu oldu ki, məktəblərdə yuxarı mərtəbələrdə pəncərələri bağlayırlar. Nazirliyin yeni yanaşması bu qədər imiş…”, deyə o vurğulayıb.
Bir qədər sonra polis və onların arasında olan mülki geyimli şəxslər mərasim iştirakçılarından xahış ediblər ki, çıxıb getsinlər.
Anım mərasmin iştirakçıları isə bildiriblər ki, aksiya keçirmirlər, Elina Hacıyevanı anırlar. Polis və mülkü geyimlilər onlara insanların hərəkətinə mane olduqlarını bildiriblər. Bundan sonra mərasiminin iştirakçıları məktəbin qarşısındakı küçənin səkisinə çəkiliblər. Polis onların orada da dayanmasına imkan verməyib. Məktəblilərdən, ora toplaşan ictimai fəal və jurnalistdən çıxıb getmələri, insanların hərəkətinə mane olmamaları istənilib. Polislər deyib ki, əgər tədbir razılaşdırılmayıbsa buna imkan verilməyəcək. Mərasim iştirakçıları isə deyiblər ki, heç kimin hərəkətinə mane olmurlar.
Bundan sonra da, polis və xüsusilə də onların arasında olan bəzi mülkü geyimli şəxslər mərasim iştirakçılarını itələməklə oradan uzaqlaşdırıblar. Məktəblilər, fəallar və jurnalistlər həmin mülkü şəxslərin kimliyi ilə maraqlanıblar. Onlar və eləcə də polis əməkdaşları bununla bağlı sualları cavablandırmayıblar.
Hətta mərasim iştirakçılarından bəzilər onlara mülkü geyimli şəxslərin hücum etdiyini də bildiriblər.
Baş verənlərə, orada deyilənlərə hələlik, Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyi-ndən münasibət almaq mümkün olmayıb.