Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Milli Şuranın sədri Cəmil Həsənli
Deməli “İçərişəhər” qoruğunda tarixi memarlıq abidələrinin dağıdılması, qədim Qala divarları yaxınlığında 4 restaran (kababxana) tikintisi ilə bağlı yaranmış etirazlardan sonra İlham Əliyev dünən “Azərbaycan Respublikası Prezidentinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 7 avqust tarixli 1573 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman” imzalayıb. Bu fərmanla İlham Əliyev guya “İçərişəhər” Dövlət Tarix-Memarlıq kompleksinin qorunmasına nəzarət mexanizmini gücləndirməyi nəzərdə tutur. Bəs indiyə qədər qəbul edilmiş qanunlar, imzalanmış sərəncamlar “İçərişəhəri” qorumaq üçün yetərli deyildimi? Əlbəttə yetərlidir. Lakin işləməyən qanun abidə qoruya bilməz.

“İçərişəhər”də son tikinti işləri ilə bağlı çox müzakirə və mübahisələr getsə də, hətta ölkənin birinci vitse-prezidenti hadisə yerinə gəlsə də, axıra qədər aydınlaşmadı ki, Qala divarlarının dibində inşa edilən bu restoranlar, kababxanalar kimlərə məxsusdur? Dəfələrə mətbuat orqanları tərəfdən sorğu verilməsinə baxmayaraq Qoruq idarəsi həmin obyektlərin sahiblərini gizli saxlamaqda israrlıdır. Lakin bir maraqlı fakt ortadadır ki, Kiçik Qala, 19-21 ünvanında metal konstruksiyalı dörd obyektin hazırlanması və quraşdırılmasına dair müqavilə hələ 2018-ci ilin noyabr ayında imzalanıb və ən maraqlısı “Turan Agentliyi”nin məlumatına görə həmin obyektlrlə bağlı Qala divarlarına bitişik görülən işlər dövlət büdcəsi hesabına həyata keçirilir.

Belə bir sual meydana çıxır: bu hansı imkanlara malik sahibkardır ki, Tarixi-Memarlıq Qoruğunun ərazisində öz obyektlərinin, restoranlarının tikintisini dövlət büdcəsi hesabına həyata keçirə, Qala divarlarının dibində şəxsi biznesini genişləndirə bilir. Nə, hadisə yerinə gələn birinci vitse-prezident, nə də, dünən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında yeni dəyişiklikləri imzalayan prezident İlham Əliyev nədənsə bu obyektlərin (restaranların) kimə məxsus olması məsələsinə aydınlıq gətirmədilər. Gətirə də bilməzdilər. Çünki, əldə olunan məlumatlara görə Qala divarları dibində inşa edilən bu restaranların ikisi Leyla Əliyevaya, ikisi də onun yaxın qohumuna məxsusdur. Bax,”İçərişəhər”i onlar belə dağıdırlar. Ona görə də, həmin fərmanı İlham Əliyev aparıb öz evindən assın, öz ailə üzvlərindən “İçərişəhəri” qorusun. Çünki artıq 15 ilə yaxındır ki, “İçərişəhər”ə, tarixi Qala divarlarına ən böyük təhlükə məhz, hakim ailədən gəlir.