Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Böyrəyini satan ata: “Dərmanlara pul tapa bilmirdim”

Tarix:5-06-2019, 10:30 Baxış Sayı:118

Böyrəyini satan ata: “Dərmanlara pul tapa bilmirdim”

Samux sakini Sarvan Məmmədov xəstə övladının müalicəsindən ötrü böyrəyini satdığını deyir. O, bu barədə həm prokurorluqda, həm də məhkəmədə ifadə verib.

Sarvan Məmmədov böyrək alverində – adamları öz orqanlarını satmağa məcbur etməkdə suçlanaraq həbs olunan Vahib Xudadatovun işindəki 27 zərərçəkəndən biridir. Ancaq özü deyir ki, onu heç kim, o cümlədən də Vahid Xudadatov məcbur etməyib. Pula ehtiyacı olduğundan böyrəyini könüllü şəkildə satıb, özü bu barədə elan verib.

Ehtiyacları barədə danışan Sarvan Məmmədov bildirir ki, 4 yaşlı qızı talassemiya xəstəliyindən əziyyət çəkir:

“Onun xəstəliyinin müalicəsi üçün bahalı dərmanlar lazımdır. Pul tapa bilmirdim…”

Sarvan Məmmədov özü də talassemiya daşıyıcısı olduğuna görə 2012-ci ildən ona ikinci qrup əlillik verilib.

“Bakıdan təxminən 14 nəfər gəlib”

Böyrəyini satması barədə elandan sonra Vahib Xudadatovla tanış olub, 10 minə razılaşdıqlarını söyləyir. Sarvan Məmmədov deyir ki, əvvəldən Vahibə talassemiya daşıyıcısı və əlil olduğunu gizlətməyib. Ancaq Vahib onu Bakıdakı özəl klinikalardan birinə aparıb və oradan qanının təmiz olması barədə analiz cavabı alınıb.

Həmin klinikada müayinəni bu cinayət işindəki bütün böyrək köçürmələri əməliyyatlarını icra etmiş iranlı həkim Mohsen Tahiri aparıb.

Sarvan deyir ki, indi təqsirləndirilən şəxs kimi məhkəmə qarşısında dayanan Vahibi həkimin köməkçisi kimi tanıyıb.

Onun böyrəyi Şahmar Əsədov adlı şəxsə köçürülüb. Əməliyyatdan öncə hər ikisi İrana gedib, orada Mohsen Tahiri onları təkrar müayinə edib, köçürmənin mümkünlüyünə qərar verilib.

Bundan sonra Bakıya geri qayıdıblar ki, bir neçə gün sonra əməliyyat üçün Tacikistana getsinlər. Bakıda hava limanında olanda o da daxil, böyrək köçürməsi məqsədilə Düşənbəyə gedən altı nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

Böyrəyini satanları həmin gün axşam, Vahib Xudadatov və iranlı həkim Mohsen Tahirini isə bir qədər sonra buraxıblar. Bu səbəbdən transplantasiya əməliyyatı altı ay sonra – 2017-ci ilin aprelində Düşənbədə baş tutub.

Zərərçəkən danışıb ki, ehtiyacı olduğuna görə əməliyyata qədər dolanışıq üçün Vahib Xudadatovdan hissə-hissə 6 min manat pul almışdı:

“Düşənbədə xəstəxanada olanda tibb bacısı dedi ki, transplantasiyaya görə Bakıdan təxminən 14 nəfər gəlib, Tahiri həkim əməliyyat edib”.

Sarvan Məmmədov deyir ki, Bakıya qayıdandan sonra Vahib ona daha 1700 manat verib. Qalan 2 min 300 manatı verilmədiyinə görə o, polisə şikayət edib. Bundan sonra polisdə araşdırma zamanı Vahib Xudadatov qalan pulu ödəyib, bu barədə akt da tərtib olunub.

Böyrək alverilə bağlı məhkəmə araşdırmaları davam edir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL