29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb
13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir
13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”
12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”
10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”
9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub
8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb
7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir
7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib
7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"
6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi
6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib
5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”
4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”
4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır
Oqtay Gülalıyev, hüquq müdafiəçisi
Dostlar, xatırlayırsınızsa Tərtər bölgəsində 2017- ci ilin may ayında kütləvi şəkildə həbs olunmuş və qətlə yetirilmiş həbçilərimizlə bağlı silsilə yazılarımız oldu. Onlara vəzifəli şəxslər tərəfindən xüsusi qəddarlıq və amansızlıqla verilmiş işgəncələr barədə İttiham Aktlarına və məhkəmə sənədlərinə istinad edərək sizləri məlumatlandırdıq. Təqdim etdiyimiz dəhşətli məlumatları güc strukturları araşdırmaq əvəzinə bizə bu məlumatların mənbəyini soruşur, susmağımız üçün təhdid və rəsmi xəbərdarlıqlar etdilər…
Baxın, təqdim etdiyimiz bütün məlumatlar çılpaqlığı ilə təsdiqini tapır. Görün vətənə nümunəvi və qüsursuz xidmət etmiş (Bu ifadə mənə yox, Müdafiə Nazirliyinə məxsusdur- red.) hərbçilərimiz necə amansız işgəncələrlə qətlə yetirilib. Onlardan biri, Azərbaycan Ordusunun zabiti, polkovnik- leytenant Saleh Qafarovla bağlı aparılan araşdırmalar və onun ailə üzvlərinin verdiyi məlumatlar indiyə qədər dediklərimizin həqiqət olduğunu təsdiq etməklə yanaşı yeni, dəhşətli faktlar ortaya çıxarır…

Bir daha məlum olur ki, peşakar zabit, ermənilərlə döyüşlərdə fəal iştirak etmiş, nümunəvi və qüsursuz xidmətlərinə görə dəfələrlə orden və medallarla təltif olunmuş Saleh Qafarov 04 may 2017- ci ildə gecə saatlarında evindən zorla aparılaraq Tərtərdə Müdafiə Nazirliyinə məxsus olan köhnə Qərargah binası deyilən yerdə ağır işgəncələrə məruz qalaraq qətlə yetirilib. Mən ona verilən işgəncələrin bir hissəsini istintaq və məhkəmə sənədlərində dəfələrlə oxumuşam. Tam səmimiyyətimlə dedyim ki, bu yaşıma qədər insana belə ağır, qeyri- insani işgəncə verildiyini nə oxumuşdum, nə də eşitmişdim. Saleh Qafarova verilən işgəncələrin bəzilərini etik baxımdan burda qeyd edə bilmirəm. Maraqlananlar əlavə etdiyim sənəddə oxuya bilərlər. Təsəvvür edin ki, bu insana şahidlərin və ailə üzvlərinin dediyi kimi ermənilərin dinc, günahsız Xocalı sakinlərinə verdiyi işgəncədən ağır işgəncə veriblər və ona qarşı zorakalıq ediblər. Özü də bilirsinizmi bu zorakalığı kimlər edib? Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri (!?).

Saleh Qafarova verilən işgəncələrin bir hissəsi; “Bütün dırnaqları çəkilmiş vəziyətdə olub. Budları deşik-deşik olub. Sanki armaturla oyublar. Kürək nahiyəsi tok verməkdən partlayıb tökülmüşdü. Dırnaqlarını çəkib həmin yerdən tok veriblər (!?). Tək sifəti salamat olub. Heç Xocalı faciəsində ölənlərimiz belə işgəncə görməyib”.
Məhkəmə tibbi ekspertiza rəyindən; “döz qəfəsinin sol yarısının 11-ci qabırğasının sınığı, bədənin çoxsaylı qançırları, əzizlmiş-sıyrılmış və 1-2-ci dərəcəli yanıq xəsarətləri (sağ bazu-çiyin oynağının ön səthi, sağ qoltuq çuxurunun ön səthi, hər iki mil-bilək oynağının arxa səthi, hər iki ayaq pəncələrinin arxa səthi, hər iki baldırın yuxarı və orta 1/3-nin arxa səthləri və sol budun bayır səthi), arxa keçəcək dəliyi ətrafında və dəliyin düz bağırsağın selikli qişasına keçən hissədə qançır, sol əlin 2 və 3-cü barmaqlarının, sağ ayağın 2-ci barmağının dırnaq lövhələrinin düşməsi xəsarətləri alıb”.
Tərtər hərbi məhkəməsinin sənədindən; “”Hərbi hissənin qərərgah binasının ikinci mərtəbəsindəki otaqlardan birinə salıb orada soyundurulmuş, Fuad Ağayevin verdiyi yapışqanlı lentlə üzərinə əski parçası qoyub Saleh Qafarovun gözlərini , habelə çəkmə ipi ilə əllərini bağladıqdan sonra plastik boru parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurmaqla və ağzına su töküb boğmaqla düşmənin xüsusi xidmət orqanı əməkdaşları ilə əməkdaşlıq etdiyini etiraf etməsini tələb ediblər… Ağır işgəncələrə məruz qalaraq ciddi xəsarətlər alıb ölümcül vəziyyətə düşən Saleh Qafarova zəruri tibbi yardım göstərilməsinə, ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsinə imkan verilməyib. Sorğu- sual və işgəncələr davam etdirilib ”.

Bilirsinizmi Saleh Qafarovu öldürdükdən sonra nə baş verib? Onu doğulduğu və yaşadığı Qəbələ rayonunun Aydınqışlaq kəndinin qəbristanlığında 300 nəfər polisin və hərbiçinin iştirakı ilə “vətən xaini” kimi dəfn ediblər (!?). Ailə üzvlərini, qohumlarını onun dəfn mərasimində iştirak etməyə, onu görməyə və vidalaşmağa icazə verməyiblər. Lakin Saleh Qafarovu öldürən cinayətkar hərbi birləşmənin qanunsuz əməlləri çox saylı həbçilərimizin kütləvi şəkildə ağır işgəncələrə məruz qalması və qətlə yetirilməsi ilə davam etdiyindən cinayəti gizlətmək mümkün olmur. Cinayətkar dəstə həbs edilir. Amma sonradan aparılan istintaq araşdırmaları göstərir ki, Saleh Qafarov və digərləri günahsız həbs olunub və öldürülüb. Onun haqqında “dövlətə xəyanət” ittihamı ilə başlanan cinayət işinə bəraətverici əsaslarla xitam verilir. Ailəsindən üzr istənilir (!?), şəhid və qəhrəman statusu verilir və dövlət hesabına qəbr üstü abidəsi götürülür (!?)…

Saleh Qafarovla bərabər ən azından 9 hərbçimizi öldürən, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri haqqında bilirsinizmi hansı qərar qəbul olunur? Onlara qarşı irəli sürülən İttiham Aktından “adam öldürmə”, “işgəncə vermək”, “vəzifə səlahiyyətlərini aşma və sui- istifadə etmə”, “qanunsuz hərbi birləşmə yaratmaq” və s. maddələr çıxarılır və onlara cəmi 6 il cəza verirlər (!?). Bilirsinizmi niyə? Çünki hərbçilərimizi amansızlıq və qəddarlıqla qətlə yetirən şəxslər Müdafiə Nazirliyinin və Hərbi prokurorluğun rəhbər şəxsləri tərəfindən himayə olunurlar…

Hal- hazırda ağır işgəncələrə məruz qalmış 24 həbçimiz həbsdədir. Bilirsinizmi adama nə ağır gəlir? Hakimiyyəti anladıq. Ölkəni dəyişməyə, demokratik, hüquqi, azad cəmiyyət qurmağa iddialı olan bir çox insanlarımız, ziyalılarımız, hüquq- müdafiəçilərimiz və siyasətçilərimiz həbçilərimizin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilməsi cinayətinə susurlar, göz yumurlar (!?). Nədən, niyə? Bu gün həqiqəti deməyə cəsarət etməyənlər sabah ölkəni yaxşılığı doğru dəyişə bilərlərmi?

Gəlin susmayaq. Bədəli nə olursa olsun haqqı, ədaləti deməyi, qanunları, insanlığı müdafiə etməkdən geri çəkilməyək. Əgər biz də özümüzü insan sayıb, insan kimi yaşamaq istəyiriksə…
Allah Saleh Qafarov kimi hərbçilərimizə rəhmət eləsin!