Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Sənədsiz evlərlə bağlı komissiyanın işindən xəbər var

Tarix:11-06-2019, 18:13 Baxış Sayı:138

Sənədsiz evlərlə bağlı komissiyanın işindən xəbər var

«Sənədsiz fərdi evlərin sənədləşdirilməsi ilə bağlı işlər davam edir. Amma, hələlik, hansısa bir nəticədən danışmaq çox tezdir. Evlərin sənədləşdirilməsi bir sıra meyarlara cavab verməlidir».

Bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildiriblər.

Qurumdan qeyd edildiyinə görə, öncə hansı evlərin qeydə alınacağı, hansılarının alınmayacağı müəyyən olunmalıdır.

BŞİH-dən deyilənlərə görə, bu ilin sentyabr ayında işdə ilkin nəticələr əldə edilə bilər: «...Komissiyanın, qurumların işləri ilə bağlı hansı məlumatlar olacaqsa, ictimaiyyətə çatdırılacaq. Sentyabra qədər komissiyanın işinin yekunlaşacağı, ilkin nəticələrin ola biləcəyi gözlənilir, amma iş də həddindən artıq çoxdur».

Bakı Şəhər İcra Hakimiyyətindən habelə bildiriblər ki, komissiyada Dövlət Neft Şirkətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri var.

İcra hakimiyyətindən həmçinin, bildirilib ki, sənədsiz evlər arasında yüksəkgərginlikli elektrik xətləri altında, kommunikasiya xətlərinin üstündə, eləcə də neft kəmərləri zonasında tikilənlər var və onlarla bağlı suallar da çoxdur. Üstəlik, birbaşa Neft Şirkətinin inzibati ərazisində tikilmiş evlər mövcuddur, bütün bunlara görə araşdırmalar çox vaxt aparır.

Xatırlatma

Azərbaycanda hələ 2011-ci ildə Bakı və ətraf ərazilərdə sənədsiz evlərin qeydiyyata alınması məsələsi gündəmə gəlmişdi. Hətta ölkə mətbuatında yer alan məlumatlara görə, bu məsələnin həlli ilə bağlı ölkə prezidenti də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırmışdı. Amma aradan illər keçsə də, bu sahədə ciddi dönüşün olmadığı bildirilirdi. Bu məsələ ilə bağlı bu il də yeni açıqlamalar verilib. Hətta BŞİH-dən bu məsələlərin araşdırılıb həll edilməsindən ötrü komissiyanın da yaradıldığı qeyd edilir.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL