Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Yüksək vəzifə tutanların övladları xarici ölkə vətəndaşlığını neçəyə alır?

Tarix:17-06-2019, 21:44 Baxış Sayı:136

Yüksək vəzifə tutanların övladları xarici ölkə vətəndaşlığını neçəyə alır?

Xəbəriniz varmı ki, yüksək vəzifə sahiblərinin bir qisminin ailə üzvlərinin Avropa ölkələri və digər dövlətlərin vətəndaşlığı, yəni ikili vətəndaşlıqları var. Böyük əksəriyyəti isə Azərbaycandan kənarda inestisiya, yaxud daşınmaz əmlak üzərindən müvəqqəti və ya daimi yaşamaq hüququ əldə ediblər.
Məsələn, bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin Çexiyada şirkət açmaq üçün müvafiq orqanlara Türkiyə vətəndaşlığını təsdiq edən pasport təqdim etdiyi barədə yazmışdım.
Elə baş nazirin 1-ci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun şirkətinin qeydiyyat sənədlərində onun İngiltərə vətəndaşı olduğu göstərilir.
5 il əvvəl “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişikliklərə görə Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Amma bu qanun 2014-cü ilədək alınan ikinci vətəndaşlığa aid deyil. Yəni bu müddətə qədər alınan ikinci vətəndaşlıq cinayət məsuliyyəti müəyyən etmir.
Niyə? Qanunun bu müddəası əslində yüksək vəzifəli şəxslər və onların ailə üzvləri üçün nəzərdə tutulub. Bu hissə nəinki cinayət məsuliyyəti yaratmır, heç onların ikili vətəndaşlıq hüququnu da məhdudlaşdırmır. Yəni qanun biriləri üçün əl yeri qoyub.
Bir çox ölkələr böyük həcmdə investisiya cəlb etməklə müvəqqəti yaşamaq hüququ verir. Məsələn, İngiltərədə müvvəqqəti yaşamaq icazəsi 1 milyon funtsterliq sərmayəyə başa gəlir. Bu ölkədə Azərbaycanın xeyli sayda məmurlarının ailə üzvləri bu imkandan yararlanıblar. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iki oğlunun (Taleh və Nicat Heydərovlar), Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin və onun həyat yoldaşının, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırovun, qızı Sevinc Bağırovanın, həyat yoldaşı Liana Bağırovanın, bacısı Düriyyə Nuriyevanın, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və onun həyat yoldaşının, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri, Əməkdar Mühəndis Saleh Məmmədovun oğlu Sübhan Məmmədlinin və digər adlarını sadalamadığım çoxsaylı məmurların ailə üzvülərinin hər birinin bu ölkəyə yatırım yolu ilə əldə etdikləri müvəqqəti yaşamaq hüququ ən azından 1 milyon funt sterlinqə başa gəlib.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL