Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
“Azərbaycan hakimiyyəti jurnalistlər İkram Rəhimovu və Polad Aslanovu dərhal azad etməlidir və onlara qarşı ittihamları götürməlidir.” Bu barədə iyunun 18-də mərkəzi ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (JMK) yaydığı bəyanatda deyilir.
İyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Realliq” müstəqil xəbərlər saytının baş redaktoru İkram Rəhimovu pul tələb etmək ittihamı ilə beş il yarım müddətə azadlıqdan məhrum edib, vəkil Elçin Sadıqov bildirib. O, JMK saytı ilə danışıb.

İyunun 14-də Bakının Səbail Rayon Məhkəməsi “Xeberman” və “Press-az” müstəqil xəbər saytlarının baş redaktoru Polad Aslanov barəsində dövlətə xəyanət ittihamında şübhəli qismində istintaq aparılması üçün dörd ay həbs qətimkan tədbiri seçib. O, iyunun 12-də həbs edilib. Polad Aslanovu təmsil edən vəkil Elçin Sadıqov deyib ki, müqəssir bilinərsə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsinə əsasən onu ömürlük həbs gözləyə bilər.
“Azərbaycan hakimiyyəti korrupsiya, ədalətsizlik və yalanı ifşa edən müstəqil reportyorlara qarşı durmadan kampaniya aparır və öz repressiv siyasətini gücləndirir,” JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib.
“Azərbaycan hakimiyyəti jurnalistlər İkram Rəhimov və Polad Aslanovu dərhal azad etməli, onların üzərindən bütün ittihamları götürməldir,” o qeyd edib.

2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarıİkram Rəhimovu həbs edib. Bundan öncə o, korrupsiya haqda məqalə dərc etmişdi, JMK bu barədə məlumat vermişdi. Hakimiyyət bildirib ki, İkram Rəhimov və onun həmkarları pul tələb etmək vasitəsi kimi vətəndaşları gözdən salan məlumatlar toplayıb. Halbuki, İkram Rəhimovun qardaşı JMK-yə bildirib ki, jurnalist öz peşə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib.
Onun vəkilinin sözlərinə görə, İkram Rəhimov tutulduğu andan həbsdə saxlanılıb və onun həbs cəzası çəkilmiş müddətə daxildir. Elçin Sadıqov JMK-ya deyib ki, jurnalist hökmdən şikayət edəcək.
2019-cu il iyunun 12-də Azərbaycan hakimiyyəti Polad Aslanov, onun xanımı və qızını sərhəd keçidində saxlayıb. Onlar öz dostlarının toyunda iştirak etmək üçün İran ərazisi vasitəsi ilə Naxçıvana gedirmişlər, deyə o bildirib. Növbəti gün ölkənin Dövlət Təhlükəsizliyi Xidməti Polad Aslanovu məxfi məlumatın xarici dövlətlərin hökumətlərinə satılması məqsədilə əlbirlikdə və İnternetdə hökumət əleyhinə yazıların dərcində ittiham edib. Onun xanımı və qızı qısamüddətli saxlanmadan sonra buraxılıb. Hakimiyyət Polad Aslanovun vidoe kamerasını, kompüter və telefonunu müsadirə edib.
Elçin Sadıqov JMK-ya bildirib ki, Polad Aslanov ittihamları rədd edib və deyib ki, jurnalist vəzifəli şəxsləri və qanunları tənqid etdiyi üçün onun əvəzini çıxırlar. Vəkilin sözlərinə görə, jurnalist həbsindən öncə yüksək vəzifəli hökumət məmurlarının iştirakı ilə turizm sahəsində ehtimal olunan korrupsiya haqda araşdırmanı dərc edib.
Azərbaycan Baş Prokurorluğu JMK-nin məsələnin şərhilə bağlı elektron poçtla göndərdiyi sorğuya cavab verməyib.
Müəyyən edilib ki, 2018-ci il dekabrın 1-də JMK-in həbsxanalarla bağlı illik siyahıyaalması zamanı Azərbaycanda on jurnalist öz işi ilə əlaqədar həbsdə olub.