Anons

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

15-05-2026, 21:09- Apellyasiya Məhkəməsi Əhməd Məmmədli barədə hökmü qüvvədə saxlayıb

13-05-2026, 21:06- Həbsdə olan jurnalistin anasının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir

13-05-2026, 21:05- Paşinyan: “Robert Koçaryan 1 mart hadisələrinə görə cəzalandırılmalıdır”

12-05-2026, 21:04- İnanclı məhbusun bacısı həbsxana şəraitindən şikayət edir: “Qardaşım sakit ölümə tərk edilib”

10-05-2026, 21:02- Hacı Vəliyev: “Həbsimin, mənə qarşı işgəncələrin sifarişçisi Azərbaycan hakimiyyətidir”

9-05-2026, 21:01- Avropa Parlamentində Azərbaycandakı repressiyalar və siyasi məhbuslar müzakirə olunub

8-05-2026, 20:59- “Amerikanın Səsi”nin prezidenti Ülviyyə Əlinin azadlığa buraxılmasına çağırıb

7-05-2026, 20:59- Dözülməz ağrılardan şikayətlənən Tofiq Yaqubluya lazımi tibbi yardım göstərilmədiyi deyilir

7-05-2026, 12:30- 2026-ci ildə Azərbaycanda ən az 17 hərbçi qeyri-döyüş şəraitində həyatını itirib

7-05-2026, 11:38- İran rəsmisi: "ABŞ SEPAH-a hörmətsizlik etməsə, dünya çempionatında iştirak edəcəyik"

6-05-2026, 11:36- Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6-05-2026, 11:35- ABŞ Senatı Sevinc Vaqifqızı və Fərid Mehralızadənin azadlığını tələb edən qətnamə qəbul edib

5-05-2026, 11:34- Milli Onkologiya Mərkəzində müalicə almış şəxs: “Bəzi dərmanlar yalnız həkimin yönləndirdiyi apteklərdə və baha satılırdı”

4-05-2026, 13:30- Ülviyyə Əli təcridxanadan yazır: “Keyfiyyətli tibbi yardımdan məhrum buraxılmaq siyasi sui-qəsddir”

4-05-2026, 11:30- Prezidentin eşitmək istəmədiyi suallar - Abzasçılar yazır

Haqqımızda Əlaqə

Vəkilin məktubları yenə 'itib'

Tarix:16-07-2019, 18:29 Baxış Sayı:326

Vəkilin məktubları yenə 'itib'

«Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) gedən şikayətlərin itmə halları davam edir».

Bunu AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev bildirib. Onun sözlərinə görə, «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vasitəsilə Strasburqa göndərdiyi bəzi məktublar yoxa çıxıb. Vəkilin vurğulamasına görə, bu qurum özü də məktubların itməsini etiraf etsə də, bununla bağlı tədbir görmür.

Ə.Mustafayev qeyd edib ki, bu ilin mayında göndərdiyi iki şikayət yenə yoxa çıxıb. Onun sözlərinə görə, əvvəl məktubların itməsi ilə bağlı «Azərpoçt» MMC-yə zəng vurub məlumat almaq mümkün idisə, indi qurumla əlaqə saxlamaq cəhdləri də nəticə vermir: «İllərdir poçt vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsinə məktublar göndərirəm, poçt işçilərinin şəhər nömrələri məndə var, problem olan kimi onlarla əlaqə saxlayırdım. İndi bu nömrələr işləmir, «qaynar xətt»ə isə düşmək mümkün deyil. Elektron məktublara da cavab vermirlər».

Vəkil bildirib ki, «Azərpoçt» MMC itən məktublarla bağlı yalnız poçt vasitəsilə göndərilmiş sorğulara cavab verir. «Bu, işi çətinləşdirir. Üstəlik, sorğu itmiş məktub göndərildiyi poçtdan göndərilməlidir. Dedikləri islahatlar budur?», - vəkil sual edib.

«Azərpoçt» MMC-dən «Turan» agentliyinə isə bildiriblər ki, şikayətçi poçta gəlməyə çətinlik çəkirsə, sorğunu qurumun saytı vasitəsilə də göndərmək olar.

Agentliyin xəbərində qeyd edildiyinə görə, qurumdan məktubların itməsini təsdiq ediblər, amma əlavə izahat verməyiblər.

Xatırlatma

Son illər bir neçə vəkil də AİHM göndərilən məktubların poçtda itməsi ilə bağlı açıqlama yayıb.

Vəkillərin vurğulamasına görə, sadəcə, Azərbaycan hakimiyyəti istəmir ki, Avropa İnsan Hüquqları Mәhkәmәsinә şikayətlər getsin. Onların deməsinə görə, məktubların bilərəkdən itirilməsi ilə bağlı şübhələr var.

Amma bundan əvvəl «Azәrpoçt» MMC-dən oxşar şikayətlərdən biri ilə bağlı AzadlıqRadiosundan verilən suala cavab olaraq demişdilər ki, belə hal hər bir ölkədə baş verə bilər: «İstənilən ölkədə itki ola bilər. Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil».

AHİM-ə göndərilən bəzi şikayət məktublarının bilərəkdən itirilməsi ilə bağlı iddiaları başqa rəsmi qurumlar da, hələ ki, təsdiq etməyiblər.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL