Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Xalq Cəbhəsinin yaranmasından 30 il keçir

Tarix:17-07-2019, 18:36 Baxış Sayı:368

Xalq Cəbhəsinin yaranmasından 30 il keçir

Özü boyda cəbhədir, yaşasın Xalq Cəbhəsi!

Bu gün, iyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasının 30 ili tamam olur. Xalq Cəbhəsinin təsis konfransı 1989-cu ilin məhz 30 iyulunda keçirilib.

Xalq Cəbhəsi 1988-ci ildə Qarabağda erməni separatçılığının baş qaldırmasına qarşı başlanan və sonradan milli azadlıq, müstəqillik uğrunda mübrizəyə çevrilən xalq hərəkatı fonunda ərsəyə gələn təşkilat, daha dəqiqi o böyük etiraz hərəkatının təşkilati məcraya salınması idi.

Azərbaycanın keçmiş SSRİ-dən müstəqilliyini elan etməsində, Qarabağın müdafiəsi uğrunda müharibəyə səfərbərlikdə müstəsna rol oynayan Xalq Cəbhəsi həm də ölkənin demokratikləşməsi, Qərbə inteqrasiya istiqmətində fövqəladə işlər görüb. Təşkilatın ilk sədri mərhum Əbülfəz Elçibəyin Azərbaycanda ilk və hələlik son dəfə keçirilən demokratik seçkidə prezident seçilməsi ilə AXC 1992-ci ildə hakimiyyətə gəlib və 1 il sonra Gəncədən başlanan hərbi qiyam nəticəsində hakimiyyətdən devrilib.

Xalq Cəbhəsi 1995-ci ilə qədər ictimai-siyasi hərəkat kimi fəaliyyət göstərib, həmin ildə isə yeni qanunvericiliyə uğyun olaraq siyasi partiyaya çevrilib (AXCP), parlament seçkisinə qatılaraq bir neçə yer qazanıb. AXCP AXC-nin hüquqi-siyasi varisi olaraq fəaliyyətini davam etdirməkdədir.

Partiyanın ilk sədri  Əbülfəz Elçibəy 2000-ci ildə dünyasını dəyişib. Ondan sonra AXCP-nin sədri vəzifəsinə o vaxt sədrin birinci müavini olan Əli Kərimli seçilib və hazırda da partiyanın sədri odur.

AXCP uzun illərdir Əliyevlər hakimiyyəti ilə sərt mübarizə şəraitindədir və davamlı repressiyaya, basqılara məruz qalıb. Hazırda partiyanın 9 nəfər üzvü, o cümədən sədrin bir müavini və müşaviri, siyasi məhbus olaraq həbsdədir.

Azadlıq qəzetinin kollektivi adından AXC-nin 30 illiyi ilə əlaqədar Xalq Hərəkatının sağ qalan iştirakçılarını, AXCP rəhbərliyini və üzvlərini təbrik edirik.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL