Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Ağcabədinin kiçik oliqarxı Atamoğlan Babayev kimdir?

Tarix:20-06-2021, 13:05 Baxış Sayı:903

Ağcabədinin kiçik oliqarxı Atamoğlan Babayev kimdir?

 

Əziz oxucular!

Bu gün sizə gundəndə olan aliqarx məmurlarımızdan biri Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə rəis Atamoğlan Babayevin aliqarx səviyyəsinə aparan yolun kiçik tarixçəsindən danışacağıq.

 

2017-ci ildə Kollegiyada “Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsindən fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə uzaqlaşdırılan Atamoğlan Babayevin yenidən Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsi kimi məsuliyyətli bir müəssisəyə rəis təyin edilməsi çox müəmmalı məsələdir. Çünki “Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyində aparılan yoxlamalar zamanı gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında külli miqdarda çatışmazlıqlar üzə çıxıb. Bu yoxlamalardan sonra Atamoğlan Babayevlə bağlı Ağcabədi rayon hüquq mühafizə orqanları tərəfindən istintaq başlanıb. Atamoğlan Babayev haqqında dövlətə dəymiş bir milyon manata yaxın zərərin ödənilməsi şərti ilə cəza növü də tətbiq edilib. Maraqlısı budur ki, bu məhkəmə prosesi Atamoğlan Babayevin məsuliyyətə cəlb olunduğu ilk və ya son olay deyil. Ağcabədi rayonundakı mənbəmizin verdiyi məlumata görə Atamoğlan Babayev ayrı-ayrı vəzifələr daşıdığı zaman ən azı üç dəfə hüquqi müstəvidə problemlə üzləşib. Ağçabədi rayonunda bu günə kimi hələ də “Azər Toxum” Məhdud Məsuliyyətli Cəmiyyətinin Atamoğlan Babayevə qarşı qaldırdığı məhkəmə iddiasından danışırlar.


Bir müddət bundan əvvəl Ağcabədi rayon Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezan quyularının təmiri zamanı su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşmüşdü. Hadisə nəticəsində 1979 - cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994 - cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri alıblar.

Qeyd edək ki,  bu hadisədən cəmi bir neçə gün qabaq Atamoğlan Babayev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri tərəfindən ASC-nin yerli qurumu olan Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə rəis təyin edib.
Yuxarıda qeyd etdiyimiz bədbəxt hadisə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmadığının nəticəsi idi. Ağcabədi rayon Prokurorluğunda iki nəfərin ağır yaralanması ilə nəticələnən istehsalat qəzası ilə bağlı araşdırmalara başlanılsa da Atamoğlan Babayev yenə də cəzadan canını qurtara bildi. Ona bu işdə havadarı olan Meliorasiya və Su Təsərrüfatı ASC-də işləyən iki məsul şəxs – Subartezian Quyularının İstismarı İdarələrinin fəaliyyətinə əsas cavabdeh şəxs olan sədr müavini Rafiq Aslanov və Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov kömək etdilər.

Havadarlarının köməyi ilə AtamoğlanBabayevoliqarxa çevrilib.

 

Bu gün isə milyonlarla vəsiti mənimsədiyinə görə dəfələrlə məsuliyyətə cəlb edilən Atamoğlan Babayev görəsən ötən bir il ərzində nə qədər pul mənimsəyib.

 İnanırıq ki Atamoğlan Babayev qanunsuz əməllərinə görə cəzalandırılacağı gün elə də uzaqda deyil.

 

Araşdırmamız davam edir.

Ardı var.

Qarçı tərəfində mövqenidə dərc etməyə hazırıq...

 

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL