Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Rayonlarda Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasını ölkədə aqrar islahatların yeni mərhələsi də hesab etmək olar. Bu mərkəzlərin fəaliyyəti aqrar sektorda xidmətlərin göstərilməsində çox üstünlüklər yaradıb. Necə deyərlər, fermerlərin və kəndlilərin torpağa bağlılığını daha da artırıb. Elə bunun nəticəsidir ki, Masallı rayonunda Mərkəzə müraciət edən fermerlər buradan əliboş qayıtmırlar.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi 2018-ci ilinnoyabırayından fəaliyyət göstərir. İlk gündən rayonda kənd təsərrüfatının bütün sahələrinə yaxından köməklik göstərən Mərkəzin əməkdaşları bu gün də fermerlərlə sıx əlaqədədirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı marifləndirmə işləri aparmaqdır.
Dövlət Aqrar İnkişaf Mərkəzlərinin yaradılması ilə ölkədə aqrar islahatların yeni mərhələsi başlayıb. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən “vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya şuraları da yaradılır. Bu Şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunur. Şuraların əsas vəzifələri problemləri öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə 68 növ xidmət göstərilir.
Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qısaca (EKTİS) fermerlərin qeydiyyatdan keçirilməsi Masallı DAİM-də də uğurla davam etdirilir. Rayonda fermerlər üçün elektron xidmət kabinetləri yaradılıb.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nuriyev SeymurMalikoğlununrəhbərliyi ilə Abşeron fermerlərə göstərilən elektron xidmətlər aqqında məlumat verərək xüsusi olaraq qeyd edib: “Elektron sistemlə bağlı Abşeron Dövlət Aqrar İnkişaf Mərkəzində işlər yekunlaşıb. On beş mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. On mindən çox fermer əkinlərini bəyan ediblər. Həmin fermerlərin 1500-dən çoxu üçün plastik kartlar sifariş verilib. Fevral ayından fermerlər ardıcıllıqla yeni fermer kartlarını banklardan əldə edəcəklər. Sonra fermerlər yeni qaydalara əsasən subsidiya alacaqlar”.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində üç sektor fəaliyyət göstərir. Bunlar maliyyə - təsərrüfat, bitkiçilik və heyvandarlıq sektorlarıdır. Burada, həmçinin baytarlıq, informasiya və fermerlərə müxtəlif xidmətlər üçün otaqlar da ayrılıb. Bu sektorlarda 20 - dən çox əməkdaş çalışır. Fermerlərlə söhbət zamanı onlar dövlət tərəfindən yaradılan imkanlardan lazımınca faydalandıqlarını qeyd edərək bu qurumdan razılıqlarını bildiriblər.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyətindən sevinclə danışan digər fermerlər şəxsi təsərrüfatııyla bağlı müraciət edərək Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının məsləhəti ilə işlərimizni yoluna qoyaraq elektron sistemdə qeydiyyatdan keçdiklərindən sonra kartları aldıqlarını bildiriblər.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Fermerlərin Koordinasiya Şurası da yaradılıb. Şuranın üzvləri təcrübəli və qabaqcıl fermerlərdən ibarətdir. Eyni zamanda, buraya könüllülər də cəlb olunub. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində müntəzəm olaraq könüllülərlə görüşlər keçirirlir.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nuriyev Seymur Malikoğlu başda olmaqla DAİM - nin bütün kollektivinə işlərində müvəffəqiyyətlər arzu edirik.