Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Riçard Vaytz: “Cənubi Qafqaz ölkələri Kremlin maxinasiyalarının növbəti qurbanı olmaqdan yayınmağa çalışacaqlar”

Tarix:5-06-2022, 18:29 Baxış Sayı:81

Riçard Vaytz: “Cənubi Qafqaz ölkələri Kremlin maxinasiyalarının növbəti qurbanı olmaqdan yayınmağa çalışacaqlar”

Hadson İnstitutunun baş elmi işçisi Riçard Vaytz müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannaməni, bu bəyannamənin təsirləri və Azərbaycanın Ukrayna-Rusiya münaqişəsindəki mövqeyini şərh edib.

Cənab Vaytz, Vladimir Putin Azərbaycan Prezidenti İlham Əlievin Rusiyaya rəsmi səfəri çərçivəsində onunla danışıqlar aparıb. Danışıqlardan sonra iki ölkə başçısı Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında “qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə imzalayıb. Sizin bu bəyannamə haqda düşüncəniz nədir? Bəyannamədə sizin xüsusi diqqətinizi çəkən bir məqam varmı?

Böyük ehtimalla bu bəyannamə uzun müddət öncə hazırlanmağa başlayıb və ona görə də güman ki, son günlərdə Ukraynada baş verənləri əks etdirmir. Məncə bəyannamənin bəzi müddəaları bir az maraqlıdır və Azərbaycan və Rusiyadakı bank sistemləri arasında çoxlu əlaqələr qurlur. Və Rusiya banklarına çox sayda sanksiyalar tətbiq olunacağı üçün, bunun Azərbaycanın bank sisteminə yayılmaq riski, reputasiya riskləri və başqa fəsadları ola bilər.

Azərbaycanda bəziləri iddia edir ki, bu bəyannamə Türkiyə ilə Azərbaycan arasında 2021-ci ildə m imzalanan müttəfiqlik barədə Şuşa Bəyannaməsinə xələl gətirəcək. Siz bu barədə nə düşünürsünüz?

Mən belə deməzdim. Bu, Azərbaycan Şuşa Bəyannaməsinən geri çəkilmək, və ya Türkiyə ondan Azərbaycanla əlaqələrini zəiflətmək üçün istifadə etmək istəsə mümkün ola bilər. Amma mən belə bir şeyin olacağını düşünmürəm. Əksinə məncəTürkiyə-Azərbaycan əlaqələri daha da güclənəcək, çünki Türkiyə Ukraynada baş verənlərdən son dərəcə narahatdır, və təxmin edirəm ki, Azərbaycan tərəfi də narahatdır. Mən düşünürəm ki, onlar Rusiyanın Ukraynada istədiklərini edəndən sonra digər münaqişələri öz xeyrinə manipulyasiya etməyin yollarını axtaracağından narahat ola bilərlər. Biz buna daha öncə Dağlıq Qarbağ münaqiəsində şahid olmuşuq. Və məncə hər iki ölkə Rusiyanın Cənubi Qafqaz siyasətinin nə olacağına görə narahat olacaq. Bir sözlə, hər hansı texniki üst-üstə düşmədən və ya hüquqi doğrulamadan asılı olmayaraq, düşünürəm ki, Türkiyə-Azərbaycan münasibətləri növbəti aylarda çox güclü qalacaq.

Azərbaycanın həm Rusiya həm də Ukrayna ilə isti münasibətləri var və Prezident İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski yanvar ayında bəyanat imzalayıblar. Bu bəyanata əsasən iki ölkə suverenlik və ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyəcək və beynəlxalq səviyyədə tanınmış sərhədləri qorumağa çalışacaq. Bunu nəzərə aldıqda, sizcə Rusiya Ukraynaya hərbi müdaxiləsini davam etdirdiyi təqdirdə Azərbaycanaın mövqeyi nə olacaq?

Mən düşünürəm ki, hər üç Cənubi Qafqaz ölkəsi həqiqətən də çətin vəziyyətdədir. Biz onların hamısının bu məsələ ilə bağlı şərh verməkdən çəkindiklərini görürük. Hətta Ukrayna ilə ən yaxın əlaqələri olan Gürcüstan səssiz qalmağa çalışıb. Və bu da başa düşüləndir. Rusiya siyasətinin döyüşkənliyi və iddialılığı, Prezident Putinin Rusiyanın Ukraynaya qarşı siyasətinə haqq qazandırarkən ortaya qoyduğu arqumentlərin başqa ölkələrə də tətbiq oluna biləcəyini nəzərə aldıqda, Ukraynaya qarşı hər hansı rəğbətdən (ki mən Azərbaycan liderləri və xalq arasında bu rəğbətin çox yüksək olduğuna əminəm), bunlardan asılı olmayaraq, onlar daha səssiz qalmağa və Kremlin maxinasiyalarının növbəti qurbanı olmaqdan yayınmağa çalışacaqlar.

Bir çox analitik iddia edir ki, Putin Sovet tipli imperiyanı bərpa etmək niyyətinədir və bu səbələr də Ukraynaya hərbi müdaxilə edir. Ancaq Putin Prezident Əliyevlə görüşü zamanı bunun həqiqətə uyğun gəlmədiyini deyib. Bununla belə Azərbycanda bəziləri iddia edir ki, Azərbaycanla Rusiya arasında imzalanan yeni bəyannamə Rusiyanın Azərbaycanın suverenliyini məhdudlaşdırmaq imkanlarını artıracaq. Buna münasibətiniz nədir?

Biz Rusiyanın yürütdüyü siyasətdə leqal sənədlərə çox əhəmiyyət vermədiyini görmüşük. Ona görə də düşünürəm ki, Rusiyanın Azərbaycana qarşı hər hansı tədbir görməsi Azərbaycan və Rusiya və ya Rusiyanın başqa ölkələrlə imzaladığı sənədlərin mətnlərindən asılı olmayacaq. Ona görə də mən nəyinsə faydalı və ya zərərli olacağını düşünmürəm. Məncə Kremlin Rusiyanın keçmiş sovet məkanında üstünlüyünü bərpa etmək barədə planları çərçivəsində leqal sazişlər Azərbaycan və başqa ölklərin özlərini müdafiə etmələrinə nə ziyan vuracaq nə də yardım edəcək. Düşünürəm ki, onlar avtonomiyalarını qorumaq üçün başqa mexanizmlər axtarmalı olacaqlar.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL