Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
şinqtondan Niaqara şəlaləsinə və geriyə olan məsafə təxminən 1456 kilometrdir. Bu qədər məsafədə yolu qət etdiyim zaman avtomobil yollarında bir dənə belə radara rast gəlmədim. Təbii ki, yollarda bəzi yerlərdə polis avtomobilləri var. Amma polislərin sürücüləri güddüyünün şahidi olmadım. Kiçik qayda pozuntulara görə də polislər adətən sürücüləri narahat etmirlər.
Avtomobil yolları yüksək səviyədə inşa edilib. Yol nişanları, işıqforlar sürücü üçün çox aydındır. Bu qədər yol qət etdim, bir dənə çala-çuxur yol hissəsi görmədim. Yollarda təmir işləri burada da aparılır. Amma aparılan təmir və digər işlərlə bağlı sürücülər xeyli əvvəldən xəbərdar edilir.
Bəs, Amerikada yolların yüksək səviyyədə salınmasının səbəbi nədir? Azərbaycanda da yolların çəkilməsinə dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Hansı səbəbdən Amerikada yollar uzun müddət istismara yararlı olduğu halda, Azərbaycanda yollar daha tez istismardan çıxır?
Bu suala cavab tapmaq üçün bir biznes meneceri ilə xeyli söhbətləşdik.
O, səbəblərdən danışarkən bildirdi ki, ümumiyyətlə, dünyada qeyri-peşəkar və keyfiyyətsiz işlərin 95 faizini biznes marağı olmayan dövlət qurumları, 5 faizini isə qrantlarla dolanan QHT-lər görür.
Amerikadakı avtomobil yollarının 77,5 faizi yerli hökumətlərin (bələdiyyələrin), cəmi 3 faizi federal hökumətin nəzarindədir. Qalan hissəyə isə ödənişli yollar daxildir ki, onlar da özəl şirkətlərin öhdəliyindədir. Yollarla bağlı vəsait dövlət büdcəsindən bələdiyyələrə ayrılır. Bələdiyyələr yol tikintisi və təmirini biznes qurumlarına satır. Özü isə nəzarət funksiyasını həyata keçirir. Yəni, biznesi biznes qurumuna verir. Rəqabət mühiti, qanunvericiliyin sərt tələbləri, həmçinin müstəqil məhkəmə sistemi, vətəndaş məsuliyyəti və güclü ictimai nəzarətin olması yolların həm sıravi vətəndaşlar, həm də sürücülər üçün rahat və keyfiyyətli salınmasına səbəb olur. Bu isə qəribə bir fakta yol açır – paytaxt Vaşinqtondakı hər hansı bir yolla, ucqar bir ştatın ucqar bir şəhərcik yolunun keyfiyyəti və səliqəsi demək olar ki, tam eynidir. Yolların kənarları təmiz və mənzərəlidir. Relyef dəyişdikcə adama zövq verir.
Digər əsas amil adamların, yəni sürücülərin və piyadaların vərdişləridir. Hamı bir-birinə, ən əsası isə yol nişanlarına və qanunvericiliyə hörmət edir. Bir də xatırladım ki, qanunveriliyin təşəbbüsləri seçicilərdən gəldiyindən, qanunlar da onların rifahına, rahatlığına xidmət edir. Yollara bələdiyyələr nəzarət etdiyindən bəzən eyni yol bir bələdiyyənin ərazisində pullu, digər bələdiyyənin ərazisində pulsuz ola bilir. Çünki bələdiyyə hesab edir ki, onun ərazisində pullu yol adamların rahatlığına xidmət etmir və sair.
Amerikada naviqasiya sistemi də mükəmməl işləyir. Burada infrastruktur gözəl qurulduğundan bütün tikililərin və qurğuların dəqiq ünvanı var. Bu səbəbdən naviqasiya proqramları möhtəşəm yol göstəricisidir, adamları təyinat nöqtəsinə tam dəqiqliklə çatdırır. Azərbaycanda isə
dövlət tərəfindən AZNAV adlı bir naviqasiya proqramı yaradılıb. Baxdım, 2019-cu ildən bu proqram yenilənmir. Bəzən olduğun yerlə bağlı məlumatı yükləyirsən, amma ünvana çata bilmirsən. Yerli yollarda AZNAV proqramından istifadə edirsən, sənə radarlar cərimə göndərir. Çünki proqramdakı sürət həddi yol nişanlarında dəfələrlə dəyişdirilib. Bu proqrama nə qədər vəsait xərcləndiyini bilmirəm. Amma görünən budur ki, dövlət qurumu bu proqramla vətəndaşları aldadır. Bəlkə də proqramdan istifadə edən sürücülər proqramdakı səhvlər səbəbindən ona xərclənən vəsaiti çoxdan ödəyiblər. Bir sözlə, Azərbaycanda yerli naviqasiya proqramı, yol nişanları, radarlar heç də vətəndaşların məmnunluğuna xidmət etmir. Hökumət yüz minlərlə ünvansız tikilinin olduğunu etiraf edirsə, dəqiq naviqasiya proqramı haqqında danışmaq da absurddur.
Xatırladım ki, turizm biznesinin inkişafında yol infrastrukturu, naviqasiya sistemi, təyinat nöqtəsinin dəqiq cizgilərinin olması başlıca yer tutur.