Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
ABŞ-da COVİD-19 əleyhinə vaksinasiya prosesinin 3-cü mərhələsinə hazırlıq gedir. İlk iki doza peyvəndləmədə iştirak edən yaşlılar və koronaviruslu xəstələrlə daha çox təmasda olan tibb işçiləri buster (qüvvətləndirici) dozanı qəbul etməyə məcburdurlar. Ölkə əhalisinin 50 faizindən çoxu tam vaksin olunub.
Xeyli müddətdir Azərbaycanda da bu mövzu müzakirə olunmaqdadır. Ötən günün statistikasına nəzər salaq:
Azərbaycanda 251 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 milyon 794 min 483, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 420 min 144, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 374 min 339 nəfər təşkil edir.
Mütəxəssislərin peyvəndləmə prosesi sürətlənməlidir tövsiyəsi şübhə doğurur. Demək, əhali fəallıq göstərmir. Məsələn, həftəsonu Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 77 toy şənliyinin monitorinqini həyata keçirib. 341 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Təəssüf və təəccüb doğuran digər məqam saxta peyvənd sertifikatlarının verilməsi ilə bağlıdır:
“Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasında olsa da, vaksinlərin alınmasına külli miqdarda vəsait xərclənsə də, təəssüf ki, son vaxtlar saxta peyvənd sertifikatının verilməsi faktları artıb”.
Səhiyyə Nazirliyinin bu açıqlaması vəziyyətin ürəkaçan olmadığını bir daha sübut edir. Yoluxma halları artır, dövlətin bu sahəyə ayırdığı pullar havaya sovrulur.
Belə bir zamanda isə qüvvətləndirici dozanın tətbiqi nəzərdə tutulur. Ötən ay Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB 3-cü dozanın hansı hallarda vurulacağına belə açıqlama verdi: “Buster doza qüvvətləndirici doza deməkdir: “2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara - tibb işçilərinə, yaşı 60-dan yuxarı olan şəxslərə, autoimmun xəstəlikləri olan şəxslərə 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur. Tədqiqatlara görə, qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər. Əvvəl qəbul edilən 2 dozadan asılı olmayaraq, ya eyni növ, ya da digər bir vaksin 3-cü (buster) doza kimi qəbul oluna bilər”
Bəs peyvəndləməyə inamsızlığın səbəbi nədir? Əhali prosesdə niyə fəallıq göstərmir? Respondentlərimiz arasında peyvənd olunan da var idi, olunmayan da.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva Musavat.com.-a bildirib ki, koronavirus pandemiyasının elə bir həddinə gəlib çatmışıq ki, peyvənd olunanlarla olunmayanlar arasında fərqlər aydın nəzərə çarpmağa başlayıb:
“Hazırkı mərhələdə xəstəliyi ağır keçirənlərin əksəriyyəti vaksin olunmayanlardır. Peyvənd yalnız xəstəliyə qarşı deyil, bu, həm də yoluxma halı qeydə alınanda xəstəliyi yüngül keçirməyə kömək edir. O ki qaldı soyuq yanaşmaya, vaksinasiya olunmaqla bağlı tərəddüd bütün dünyada problem olaraq qalır”.