Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Həbsdəki VİP sədri həyatından narahatdır

Tarix:1-09-2022, 16:05 Baxış Sayı:96

Həbsdəki VİP sədri həyatından narahatdır

Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə qarşı yeni təxribat hazırlandığından narahatlıq var.

 

Bu barədə partiya sədrinin müavini Zaur Mahiroğlu bildirib. Onun vurğulamasına görə, sədrlərinə qarşı yeni cinayət işi açıla bilər.

 

Z.Mahiroğlu əlavə edib ki, bir həftədən çox idi Ə.Əliyevin yaxınları onunla əlaqə saxlaya bilmir, yanına vəkil buraxılmırdı: “Dünən, avqustun 31-də, nəhayət, çox get-gəldən sonra Əli Əliyevlə vəkil görüşə bildi. Məlum olub ki, yeni cinayət işi açılıb. Bu dəfə şikayətçi Əli Əliyevin kamera yoldaşıdır. Onlar Bakı İstintaq Təcridxanasında altı aydır eyni otaqda saxlanılırlar. Hadisə günü həmin şəxsi çağıraraq otaqdan aparıblar, qayıdanda isə o, “işimi artırırlar” deyərək özünü döyməyə başlayıb”.

 

Z.Mahiroğlunun sözlərinə görə, sonra isə o, Ə.Əliyevdən Sabunçu Rayon Prokurorluğuna şikayət yazıb: “Şikayətində onu Əli Əliyevin döydüyünü bildirən şəxs hətta onu başından şüşə butulkayla vurduğunu deyib. Əli Əliyev hələ ki bu işdə şahid qismində keçir”.

 

Z.Mahiroğlu bunun partiya sədrinə qarşı təxribat olduğunu deyir: “Əli Əliyev bildirib ki, onun həyatı təhlükədədir, son hadisələr bunu deməyə əsas verir. O, həmçinin bildirib ki, artıq bir həftədir ona dərmanlar verilmir. Əli Əliyev yüksək təzyiqdən və qanında şəkərdən əziyyət çəkir. Ona dərman verilməməsi həyatına təhlükə yaratmaq deməkdir”.

 

Bütün bu deyilənlərə, hələlik, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və başqa aidiyyəti şəxslərdən münasibət öyrənmək mümkün olmayıb. Baş Prokurorluqdan isə “Turan”a iddialarla bağlı açıqlama veriləcəyi bildirilib.

 

VİP sədri Ə.Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay azadlıqdan məhrum edilib.

 

Aprelin 15-də məhkəmə DSX-in digər zabiti Ramin Ədilovun da Əliyevə qarşı şikayətini təmin edərək cəzanın müddətini daha bir ay uzadıb.

 

İddialara səbəb Ə.Əliyevin 2021-ci il noyabrın 30-da DSX-ya məxsus Mİ-17 helikopterinin qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması barədə açıqlamasıdır. Ə.Əliyev hər iki hökmü rədd edərək həbsini “siyasi sifariş” adlandırıb. Məhkəmədə bir daha vurğulayıb ki, həmin şəxslərin helikopterdə olduğuna inanmır: “Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılanda adam 1000 dərəcə istilikdən o vəziyyətdə çıxa bilməz. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə alətdir. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır”.

 

Ardınca – iyunun 23-də Yasamal Rayon Məhkəməsi Yeni Azərbaycan Partiyasının (YAP) keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini də təmin edərək Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan sonra o, YAP-dan çıxarılıb. Göyüşov iddia edir ki, onunla bağlı video sosial şəbəkələrdə yayılandan sonra VİP sədri də internet televiziyalarından birində onu təhqir edib. Əliyev isə bununla razılaşmır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL