Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Cahangir Əsgərovu GÖYDƏN YERƏ ENDİRƏ BİLMİRİK... - Cəfasını millət çəkir...

Tarix:27-08-2022, 14:30 Baxış Sayı:81

Cahangir Əsgərovu GÖYDƏN YERƏ ENDİRƏ BİLMİRİK... - Cəfasını millət çəkir...

Azərbaycan koronavirus pandemiyası səbəbindən 2 ildən çoxdur quru sərhədlərini bağlayıb. Ölkəyə giriş-çıxış edənlər isə məcbur hava yollarından istifadə edirlər. “Azərbaycan Hava Yolları”nda (AZAL) aviabiletlər müqayisədə hədsiz bahadır. Yəni bu qiymətlər vətəndaşların cibinə uyğun deyil. Artıq sentyabr ayına az qalıb. Minlərlə xaricdə təhsil alan tələbə məcburən hava nəqliyyatından istifadə edəcək. AZAL isə qiymətləri günü-gündən artırır.

Məsələn, Bakı-İstanbul reysinə bilet 1322 manata təklif olunur.

AZAL-ın inhisarçılıqla məşğul olduğunu deyən iqtisadçı Fuad İbrahimov “Şərq”ə bildirib ki, biletlərin baha olması əhali ilə yanaşı turizmin inkişafına da təsir edir: “Ölkədəki digər aviaşirkətlər də uçuşları AZAL-la sövdələşmiş şəkildə həyata keçirir. Digər tərəfdən Azərbaycanda lokosterlər yoxdur. "Buta" şirkətindəki qiymətlər isə digərlərindən fərqlənmir. Buna iqtisadi münasibətlərdə birinci dərəcəli qiymət diskriminasiyası deyilir. Onlar bilirlər ki, digər alternativ yollar qapalıdır. Xaricə gediş isə labüddür və buna ehtiyac var. Ona görə də inhisarçılıq edərək qiymətləri qaldırırlar. Ölkədən kənara gedənlər də məcburən bu qiymətə uçuş edirlər. Ölkə rəhbərliyinin təşəbbüsü ilə İnvestisiya Holdinqi yaradıldı. Bu holdinq qiymətlərin elastikliyinə və sağlam rəqabət mühitinə nəzarət üçün yaradılmışdı. Təəssüf ki, bu da AZAL-a heç bir dəyişiklik gətirmədi. Əksinə, sabotajları daha da artdı. Qiymətin bahalığı ölkəyə gələn turistlərin də sayını azaldaraq turizmə ciddi ziyan vurdu”.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL