Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
ƏƏSMN iddiaları təkzib edir
Özünü yaşadığı evin həyətindən yandıran Ucarın Alpout kənd sakini, Birinci Qarabağ müharibəsi iştirakçısı Nazir Həsənovun vəfat etdiyi bildirilir.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Sentyabrın 4-də intihara cəhd edən II qrup əlilin sentyabrın 5-də Bakıda – 5 saylı Kliniki Xəstəxananın Yanıq Şöbəsində vəfat etdiyi açıqlanıb.
Baş Prokurorluq faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparıldığını bildirib.
Nazir Həsənovun ailəsi “Toplum TV”-yə qazinin intiharına səbəb kimi aldığı 2-ci qrup əlillik pensiyası və prezident təqaüdünün kəsilməsini göstərib.
Oğlu Mübariz Həsənovun sözlərinə görə, atası 10 il ərzində, hər ay 500 manat əlillik və 350 manat prezident təqaüdü alırmış:
“1 il əvvəl Əlillərin Bərpa və Reabilitasiyası Mərkəzində komissiya təşkil olundu. Atama deyildi ki, aldığı xəsarətlər onda anadangəlmədir, buna görə də hərbi əlillik pensiyasını kəsdilər. Əvəzində 3-cü qrup mülki pensiya verdilər. Cəmi 120 manat pensiya və 80 manat veteranlıq pulu alırdı. Bu nə qərardır, niyə belə ediblər? Mənim atam Qarabağda vuruşanda nazirlər kef içində yaşayırdı. Belə ədalətsizlik olar?”
O, atasının intiharı ilə bağlı bunları deyib: “Atam bizdən xəbərsiz intihar edib. Köynəyini çıxarıb həyətə düşüb, get-gəl etməyə başlayıb. Bir də görüblər ki, atam yanır, birtəhər söndürdük”.
“Atamın bu hadisəyə qədər müraciət etmədiyi qurum qalmamışdı. Hər yerə yazıb, gedib, indi işi Şəki Apellyasiya Məhkəməsindədir. Başında, qulağında qəlpələr doludur. Komissiya görmürdü ki, bu qəlpələr anadangəlmə deyil?”, – deyə oğlu M.Həsənov söyləyib.
Ancaq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) bu gün yaydığı açıqlamada Həsənovların iddialarının əsassız olduğunu deyir.
Nazirlik bildirib ki, hələ 2021-ci ilin may ayında Nazir Həsənova ümumi səbəbdən 5 il müddətinə əlillik təyin edilib.
O, əlilliyə görə aylıq müavinətlə, həmçinin müharibə veteranı kimi aylıq təqaüdlə təmin edilib: “Bəzi sosial şəbəkə səhifələrində və media orqanında Nazir Həsənovun əlilliyinin dayandırılması barədə qeyd edilənlər tamamilə əsassızdır. Nazir Həsənovun əyani müayinəsi zamanı müəyyən edilmiş, əlillik təyinatına əsas verən xəstəliyinin (baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları) hərbi xidmətlə əlaqəsi olmadığına görə, ona qanunvericiliyə əsasən ümumi səbəbdən əlillik təyin olunmuşdu. Ötən dövrdə də bu qərarla bağlı heç bir narazılığı və müraciəti olmayıb”.
Mətbuatda gedən xəbərlərə əsasən, müharibə bitəndən indiyədək 41 qazi ölüb.
Ümumilikdə isə intihar həddinə çatdırılanların sayının 50 nəfər olduğu bildirilir.