Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Bu gün, sentyabrın 7-də Bakıda vaxtılə ordu sıralarında həlak olan, amma status verilməyən hərbçilərin valideynləri etiraz aksiyası keçirib.
Müxtəlif vaxtlarda hərbi xidmət zamanı həlak olan əsgərlərin valideynləri günün birinci hissəsi şəhərin mərkəzi ərazisində oturaq aksiyaya başlayıblar. Onlar Prezident Administrasiyasının qarşısında aksiya keçirmək istəsələr də, polis əməkdaşları onlara inzibati binaya yaxınlaşmağa imkan verməyib.
Həmin şəxslər uşaqlarına status verilməsini tələb ediblər: “Xidmətini yerinə yetirən zaman, əynində əsgər paltarı olanda uşağımızı vurublar, evimizə bayrağa bürüyüb gətiriblər, biz də şəhidlik statusunu istəyirik. Yalandan deyirlər ki, veriləcək, amma ortada heç nə yoxdur”, – onlardan biri qeyd edib.
Elnur Yusifov soyadlı əsgərin də anası bildirib ki, oğlu əsgərlikdən evə qayıtmasına üç ay qalmış öldürülüb: “Cəlilabad rayonunun zastavasında hərbi xidmətdə idi, qaçaqmalçılar tərəfindən öldürülüb. Yoldaşım gedib araşdırıb. İndi uşağımızın adını ala bilmirik”.
Aksiya iştirakçısının fikrincə, statusun verilməsində ayrıseçkilik var.
Bəzi aksiya iştirakçıları isə uşaqlarının meyitlərinin daxili orqanlar çıxarılmış vəziyyətdə onlara təhvil verildiyini iddia ediblər.
Aksiyaya, hələlik, Azərbaycan Müdafiə Nazirliyi və başqa əlaqədar qurumlardan münasibət almaq mümkün olmayıb. Amma həmin valideynlər bundan əvvəl də bir sıra aksiyalar keçirib, rəsmi qəbullarda olublar. Onlara şikayətlərinin araşdırılacağı bildirilib.