Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Həbsdə olan Əvəz Zeynallının vəziyyəti pisləşib

Tarix:19-09-2022, 11:16 Baxış Sayı:184

Həbsdə olan Əvəz Zeynallının vəziyyəti pisləşib

“Xural TV” telekanalının redaktoru, həbsdə olan Əvəz Zeynallının vəziyyəti pisləşib. Bu barədə sentyabrın 19-da Turan-a onun qızı Selcan Zeynallı məlumat verib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında atasına baş çəkib.

“Atam şəkər xəstəsidir. Hazırda gözlərində problem yaranıb. Kəskin bel ağrıları atama əziyyət verir. Dərman qəbul edir. Amma ixtisaslı tibbi müalicəyə ehtiyacı var.  Onu dar təkadamlıq kamerada saxlayırlar, havasızdır, günəş işığı düşmür”, – Selcan Zeynallı deyib.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.

*Sentyabrın 10-da Əvəz Zeynallı və vəkil Elçin Sadıqov prokurorluq tərəfindən saxlanılıb, sentyabrın 11-də isə Binəqədi məhkəməsi onların hər ikisini 4 ay müddətinə həbs edib.

Zeynallıya qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqova isə 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələrilə ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov deyilənləri təkzib edərək, həbslərini öz peşə fəaliyyətlərilə əlaqələndiriblər.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyiblər. Onlar Azərbaycan hakimiyyətini adıçəkilən şəxsləri azad etməyə çağırıblar.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL