Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Təhsil eksperti: “Direktorlar nazirə formal tabedirlər, onlar icra başçıları ilə hesablaşırlar”
Ağcabədi rayonu Hindarx qəsəbə Uşaq Musiqi Məktəbinin direktor müavini, tar müəllimi Zöhrab Hüseynov haqsızlıqla üzləşdiyini deyir.
Bu barədə müəllim Meydan TV-yə danışıb.
Onun sözlərinə görə, on ildir ki, məktəbdə iyirmi dörd saat olmaqla dərs deyib.
Bir neçə ay öncə isə məktəbin direktoru İlkin Ağalarov onun dərs saatlarını yarıbayarı azaldıb:
“Direktor mənə bildirdi ki, bundan sonra dərs saatlarım 24 deyil, 7-8 olacaq. Səbəbini soruşanda dedi ki, bu, Regional Mədəniyyət İdarəsinin rəisi Qalıb Həsənovun tapşırığıdır. Üzərindən bir müddət keçəndən sonra, avqustun 30-da keçirilən iclas zamanı öyrəndim ki, sən demə, direktor bəzi müəllimlərə 32, hətta 36 dərs saatı yazaraq, pulları özü götürürmüş”.
Ağcabədi rayon Hindarx qəsəbə Uşaq Musiqi məktəbi.
Mənbə: “edulist.az”
Direktor müavini deyir ki, məsələ ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla görüşüb:
“Ona bildirdim ki, ortada belə bir korrupsiya faktı var. Qalib Həsənov da direktoru müdafiə etdi ki, bəs nə ilə dolanmalıdır? Rəisin bu açıqlamasından sonra məəttəl qaldım. Düşündüm ki, Qalib Həsənov direktorla əlbir olduğu üçün onu müdafiə edir”.
Şikayətçi Prezident Adminstrasiyasına, Korrupsiya qarşı Mübarizə İdarəsinə, Mədəniyyət Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Ağcabədi Rayon Prokurorluğuna, Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinə məktub yazsa da, müraciətinə baxılmadığını deyir:
“Korrupsiya qarşı Mübarizə İdarəsindən cavab gəlib ki, şikayətim Mədəniyyət Nazirliyinə göndərilir. Məsələni niyə özünüz araşdırmırsınız? Mədəniyyət Nazirliyi də şikayəti Regional İdarəyə göndərəcək. Bununla olayın üstünü ört-basdır etmək istəyirlər”.
Korrupsiya qarşı Mübarizə İdarəsi. Mənbə: Trend.az
Zöhrab Hüseynov iddia edir ki, məktəb direktoru ona hədə-qorxu gəlir:
“Zəng edib, ailəmi təhdid etdi ki, sən öl, gör, sizin başınıza nə oyun açacağam. Əfsuslar olsun ki, mən bu qədər yerə müraciət edəndən sonra ortada heç bir nəticə yoxdur. Ciddi araşdırma aparılmır, həmin şəxslər cəzalandırılmır”.
Musiqi məktəbinin direktoru İlkin Ağalarov məsələyə ancaq rəsmi müraciətdən sonra cavab verəcəyini desə də, Meydan TV-nin sorğusunu cavablandırmayıb.
Ağcabədi Regional Mədəniyyət İdarəsi də Meydan TV-nin sorğusuna cavab verməyib.
Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsindən Meydan TV-yə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Araşdırmanın nəticəsi bəlli olduqdan sonra ictimaiyyətə məlumat verilə bilər”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Meydan TV-yə açıqlamasında bu kimi hallarla rastlaşmadığını və buna çox təəccübləndiyini deyib:
Foto: İlqar Orucovun şəxsi arxivindən
“Elm və Təhsil Nazirliyinə, həmçinin İctimai Şuraya belə halların baş verməsi ilə bağlı heç vaxt şikayət daxil olmayıb. Hər zaman vətəndaşlara – müəllimlərə, şagirdlərə- təhsilin bütün subyektlərinə müraciət edirik ki, qanunsuz tələblər, pul yığma halları, yaxud da direktorların özbaşınalığı ilə bağlı hər hansı bir faktlar olduğu təqdirdə, bizə dərhal müraciət etsinlər. Bu kimi hallar olduğu təqdirdə, yalnız rəsmi müraciət olduqda, bunu araşdırmaq mümkündür”.
Şura üzvü həmçinin deyib ki, müəllimlərə əlavə dərs saatlarının verilməsi, istisna hallarda, vakansiya vasitəsilə edilə bilər:
“Ümumiyyətlə, müəllimin maksimum neçə saat dərs deməsi, minimum saatın nə qədər olması ilə bağlı normalar var. Bütövlükdə bunlar konkret normalar çərçivəsində tənzimlənir”.
2021-ci ilin dekabrında mədəniyyət naziri Anar Kərimov demişdi ki, musiqi məktəblərində qeyri-şəffaf prosedurlar mövcuddur. Nazir musiqi müəllimlərinin işə qəbulu prosesinin Dövlət İmtahan Mərkəzinin (DİM) səlahiyyətinə verilməsi təklifini irəli sürmüşdü:
“Bu istiqmatədə yeni bir yol xəritəsi cızmaq istəyirik. Müəllimlərin işə qəbulu ilə bağlı müəyyən meyarlar, metodologiya tətbiq edilsin. İstəyirik ki, bu prosesə ixtisaslaşmış qurumları, həmçinin Dövlət İmtahan Mərkəzini cəlb edək. Mədəniyyət Nazirliyi isə prosesdən kənarda dayansın”.
Məsələni şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə deyir ki, müəllimlərə dərs bölgüsü onların işə qəbul imtahanında topladığı ballara nisbətən verilməlidir:
“Məntiqi izahı budur ki, savadlı müəllim daha çox dərs deməlidir. Bu, əmr şəklində deyil, nazirin tövsiyəsidir. Dəfələrlə vurğulamışam ki, direktorlar nazirə formal tabedirlət. Məktəb direktorları icra başçıları ilə hesablaşırlar. Məktəblərdən yığılan pulların əsas hissəsi direktorlar tərəfindən icra başçılarına verilir. Çünki təhsil şöbələrinin müdirlərinin namizədliyini rayonun icra başçısı verir. Məhz buna görə də direktorlar özbaşınalıq edirlər”.
Nabatəli Qulamoğlu
Ekspert hazırda Azərbaycanda dövlət sektorunun 80-ci illərdəki kimi fəaliyyət göstərdiyini deyir:
“Yəni o vaxt dövlət kolxoz və sovxozlara pullar tökürdü ki, vəziyyəti dirçəldib, qaydaya salsınlar. Pulları isə anbardar, kolxoz sədri, briqadir yeyirdi. Bu dəqiqə dövlət sektoru, yəni bizim məktəblər həmin vəziyyətdədir. Özbaşınalıqdır, əsas səbəbi də yeyintidir. Aşkarlıq yoxdur, şikayət edirsən, baxan yoxdur. Bütün sahələrdə vəziyyət acınacaqlıdır. Məktəbin direktoru özündən yuxarı orqana – birinci növbədə icra başçısına pul çatdırır. O, arxayındır, çünki arxası var. Məktəb direktoru vəzifəsinə elə adamları seçirlər ki, onlar hər oyundan keçsinlər, hər şeyi bacarsınlar. Yaxşı rüşvət toplaya bilsinlər, onu çatdıra bilsinlər. Müəllimlərin üzərində yumruğu olsun”.