Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev saxlanılıb.
Pravda.az E.Əliyevlə bağlı məlumatları təqdim edir:
Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009–2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını müvəfəqiyyətlə bitirib.
O, 2000–2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, regional təşkilatlar çərçivəsində (Aİ, QDİƏT, GUAM, ECO və s.) əməkdaşlığa töhfə verib və bir sıra regional əməkdaşlıq qruplarında sədrlik edib.
2004–2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib və müxtəlif sahələrdə Azərbaycan və Aİ arasında əməkdaşlığın əlaqələndirilməsinə məsul olub.
E.Əliyev 2008–2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.
Elnur Əliyev 2017–2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı E.Əliyevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. 2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib. O, bu vəzifədə 2021-ci ilə qədər çalışıb
2020-ci ildən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədridir.
Elnur Əliyev 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
E.Əliyev ingilis, rus, fransız dillərində danışır.
Evlidir, üç övladı var.