Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Ukraynada hərbi əməliyyatların səngiməsi yaxın aylarda da davam edəcək.
ABŞ Milli Kəşfiyyatın direktoru Avril Haynes (Avril Dannica Haines) bunu dekabrın 3-də Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Fondundakı çıxışı zamanı səsləndirib.
Eyni zamanda, o qeyd edib ki, ölkənin enerji sisteminə və qış üçün vacib olan digər infrastrukturlara hücumlara baxmayaraq, Ukrayna qüvvələrinin müqavimət göstərmək istəyinin zəifləməsi əlamətləri görmür.
Haynsin sözlərinə görə, prezident Vladimir Putin Ukraynada Rusiya ordusunun bundan artığını əldə etməməsinə təəccüblənib.
“Mən düşünürəm ki, o, getdikcə rus ordusunun problemlərindən xəbərdar olur. Lakin onun indiki mərhələdə vəziyyətin nə qədər çətin olduğu barədə tam təsəvvürünün olub-olmaması bizə hələ də aydın deyil. Biz silah-sursat, mənəvi-psixoloji çatışmazlıq, təchizat, logistika problemləri görürük”, – “Reuters” Avril Haynesın çıxışından sitat gətirir.
Haynes həmçinin Putinin Ukraynadakı siyasi məqsədlərinin dəyişmədiyini deyib. Amma ABŞ kəşfiyyatının analitikləri hesab edirlər ki, mümkündür ki, Putin Ukraynandakı qısamüddətli hərbi məqsədlərini azaltmaq istəyə bilər- amma o, bu fikrə daha gec qayıda bilər”.
ABŞ kəşfiyyatının rəhbəri hesab edir ki, Moskvanın hərbi ehtiyatları kifayət qədər tez tükənir və bu, “olduqca qeyri-adi”dir. “Onlar indiki mərhələdə xərclədiklərini təkbaşına istehsal etmək iqtidarında deyillər”, – Haynes əlavə edib.
Dekabrın 3-də elə həmin forumda çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Austin (Lloyd James Austin) Rusiyanı Ukraynadakı müharibə zamanı “qəsdən qəddarlıqda” ittiham edərək, Moskvanın məqsədyönlü şəkildə mülki əhalini və mülki infrastrukturu hədəf aldığını vurğulayıb.
“Rusiya qəsdən qəddarlıqla mülki şəxsləri və mülki obyektləri hədəfə alır”, – Austin bildirib.
Onun sözlərinə görə, Rusiyanın hücumları nəticəsində uşaqlar ölür, məktəblər və xəstəxanalar dağılır.
Pentaqonun Ukraynadakı münaqişənin ABŞ-ın Rusiya ilə müharibəsinə çevrilməsindən narahatlığını dilə gətirən Austin əlavə edib ki, “biz Putinin müharibəsinə cəlb edilməyəcəyik”.