Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İcra hakimiyyəti susur, qurum plansız məskunlaşmanı günahlandırır: Lökbatan sakinləri suya həsrət qalıb

Tarix:11-12-2022, 19:36 Baxış Sayı:115

İcra hakimiyyəti susur, qurum plansız məskunlaşmanı günahlandırır: Lökbatan sakinləri suya həsrət qalıb

Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv, 3, 4 və 5-ci küçənin sakinləri redaksiyamıza müraciət edərək üzləşdikləri su çatışmazlığından şikayətləniblər. Vətəndaşların sözlərinə görə, yaz,yay və payız aylarında 1-ci massivdə yaşayan sakinlərin evlərinə lazımi qaydada su verilmir. Onlar bu problemlə bağlı Qaradağ Sukanal İdarəsinə dəfələrlə müraciət etdiklərini, lakin heç bir müsbət dəyişiklik olmadığını söyləyiblər. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

 

Sakinlərin iddiasına görə, sukanal idarəsindən ərazidə məskunlaşmanın artdığını, əhalinin çoxaldığını əsas gətiriblər.

 

Həmçinin qeyd ediblər ki, su xətlərinin istismar müddəti keçib, xətlər köhnəlib. Məhz buna görə həmin su xətlərinə təzyiqlə su vurmaq qeyri-mümkün olur. Nəticədə də Lökbatan qəsəbəsinin 1-ci massivindəki evlərin su təchizatında problemlər yaşanır. Sakinlər iddia edir ki, rayon sukanal idarəsinin vətəndaşlara söylədikləri yalnız bəhanədir. Onların qənaətincə, bu ilin yay ayına qədər yaşadıqları massivdə indiki kimi su çatışmazlığı yaşanmayıb. Buna başlıca səbəb sakinlərə gələn suyun ayrı-ayrı yaşıllaşdırma təsərrüfatlarına yönəldilməsidir. Massivdə yaşayanlara yaz və yayda gün ərzində gecə 2-3 radələrində cəmi 1-2 saat arası zəif təzyiqlə su verilir, sonra tamam kəsilir. Kim gecə oyaq qalıb su ehtiyatını götürdüsə, gün ərzində onun içməyə bir qab suyu olur, kim gecikdisə, su tələbatını ödəmək üçün gün ərzində ya ona-buna möhtac qalır, ya da əlavə pul xərcləyib su alır.

 

Sakinlər deyir ki, yaz, yay, payız bitib, qış fəslinə qədəm qoyulsa da, Lökbatan qəsəbəsinin 1-ci massivinə hazırda da normal təzyiqlə su verilmir. Redaksiyamıza müraciət edən Lökbatan sakinləri deyir ki, problemlə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 955 “Qaynar xətti”nə dəfələrlə zəng vurub şikayətlərini çatdırıblar. Amma bu da onların su çatışmazlığı probleminin həllinə kömək etməyib.

 

Lökbatan sakinlərinin üzləşdiyi problemlə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin elektron ünvanına ([email protected]) oktyabrın 10-da sorğu göndərilsə də, heç bir cavab gəlməyib. Məcbur qalıb İcra başçısının Lökbatan qəsəbə nümayəndəliyi ilə telefon əlaqəsi saxlanılıb. Lakin bu cəhd də uğursuz olub. Telefon zəngini cavablandıran xanım əməkdaş icra nümayəndəsinin ərazidə olduğunu əsas gətirərək, problemlə bağlı hər hansı məlumat verə bilməyəcəyini söyləyib. O, telefon nömrəni qeyd etdiyini, icra nümayəndəsi gələn kimi məlumat verəcəyini, dərhal əlaqə saxlanılacağını vurğulayıb. Amma günlər keçsə də, nə icra nümayəndəsi ərazidən qayıda bildi, nə də əlaqə saxlanıldı. Rayon ərazisindəki problemlərə biganə yanaşan İcra hakimiyyəti aparatı, həmçinin Lökbatan qəsəbə nümayəndəliyi jurnalistin sorğusuna da eyni münasibəti sərgilədi.

 

Lökbatan sakinlərinin şikayətini araşdırmaq üçün “Azərsu” ASC-yə də müraciət olunub. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, yay aylarında Lökbatan qəsəbəsinin qeyd olunan ünvanında su təchizatında həqiqətən problem yaranır. Onun sözlərinə görə, problemin kökündə mərkəzləşmiş su şəbəkəsinin olmaması dayanır:

 

“Yeni massivdə yaşayan sakinlər vaxtilə öz aralarında yığışıb fərdi qaydada su xətləri çəkdiriblər. Hazırda isə həmin ərazidə yaşayış çoxalıb, sakinlərin sayı artıb. Diametri kiçik olan su xətləri massivdəki bütün vətəndaşların su tələbatını ödəmir. Su təzyiqlə verilsə də, ən axır nöqtələrə gedib çıxmır. Belə hal Lökbatanda, yarımçıq qalmış xəstəxana binasının ətrafında, qəbiristanlığın yaxınlığında olan ərazilərdə yaşanır. Bu problemdən “Azərsu” ASC-nin məlumatı var. Həmin ərazidə mərkəzləşdirilmiş su xətti, su şəbəkəsi qurulmasa, əhalinin su təchizatını yaxşılaşdırmaq, mövcud problemi həll etmək mümkün deyil. Yeganə çıxış yolu həmin ərazidə mərkəzləşdirilmiş şəbəkənin qurulması, yeni magistral su kəmərinin və paylayıcı şəbəkənin tikilməsidir”.

 

Mətbuat katibi bildirib ki, qeyd edilən problemlə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri sözügedən ərazilərdə olub, baxış keçirilib, müvafiq təkliflər hazırlanaraq hökumətə təqdim olunub:

 

 

“Bu problemin birdəfəlik həlli üçün təkliflərimizi Nazirlər Kabinetinə vermişik. “Azərsu” ASC olaraq biz istəsək də, nəinki indi, eləcə də yaz-yay aylarında qeyd olunan ərazilərə su verə bilmirik. Çünki şəbəkə vətəndaşlar tərəfindən primitiv səviyyədə qurulub. Oradakı su borularının diametri kiçikdir. Bu da suyun hər yerə çatdırılmasına imkan vermir”.

Pravda.az

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL