Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

İcra Hakimiyyətində “tender oyunları“... - MILYONLUQ MAXINASIYALAR

Tarix:20-12-2022, 11:04 Baxış Sayı:83

İcra Hakimiyyətində “tender oyunları“... - MILYONLUQ MAXINASIYALAR

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun abadlıq işləri, yolların, mənzil fondunun təmiri ilə bağlı tenderləri bitmək bilmir. 

Muxalifet.az xəbər verir ki, tenderlər əsasən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən keçirilir. 

2022-ci ildə MKTİB abadlıq işləri, yolların və mənzil fondunun təmiri ilə əlaqədar ümumi maliyyə dəyəri 1 912 400.48 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb. 

Müqavilələrdən ikisi "Texnomaks” MMC, üçü "Qara Qaya” MMC, ikisi "Təmir-Təchizat-4” MMC, biri isə "Global Oilfield Solutions” MMC ilə imzalanıb. 

Qurumun keçirdiyi tenderlərin bir çoxunda şərtlər, hansı yolların, bunaların təmir olunacağı, hansı ərazinin abadlaşdırılacağı barədə məlumat yoxdur. 

MKTİB-in satınalma müqaviləsi imzaladığı şirkətlər də əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların tenderlərin qalibi olur. 

Bu sırada xüsusilə "Qara Qaya” MMC-ni göstərmək olar. Nə sirrdirsə, sözügedən MMC yalnız Qaradağ MKTİB-nin keçirdiyi tenderlərdə qalib olur. Bəzi iddialara görə, "Qara Qaya”nın sirri onun Süleyman Mikayılovun nəzarətində olması ilə bağlıdır. 

Digər şübhəli şirkət isə "Təmir-Təchizat-4” MMC-dir. Maraqlıdır ki, MKTİB adıçəkilən şirkətlə müqavilə imzalayarkən onun dövlət büdcəsinə 8 126.80 AZN vergi borcu olub."Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır.

Qaradağ sakinləri ilə söhbətdən isə məlum olur ki, rayonda abadlıq işləri nəzərəçarpacaq şəkildə deyil. Burada sadəcə kosmetik işlərdən söhbət gedə bilər. Beləliklə, aydın olur ki, Süleyman Mikayılov şübhəli şirkətlərlə 2 milyon manata yaxın vəsaiti kosmetik işlərə sərf edib. 

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifəni tutur. Əvvəllər isə Yardımlı və Lənkəran icra hakimiyyətlərinə başçılıq edib./qaynarinfo

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL