Anons

Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir

Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”

21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”

20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”

19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb

19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz

18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”

18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”

16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”

15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib

15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...

14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb

13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?

7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə

29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib

29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək

28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”

17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib

16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Haqqımızda Əlaqə

Saleh Məmmədovun biznesmen müşaviri: Milyonluq mülklər, şirkətlər necə əldə edilib?

Tarix:26-12-2022, 15:57 Baxış Sayı:110

Saleh Məmmədovun biznesmen müşaviri: Milyonluq mülklər, şirkətlər necə əldə edilib?

Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparıldığı bir vaxtda Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun müşaviri Şahin İbadovun özünün və oğlunun böyük şirkətləri üzə çıxıb.

Qaynarinfo-nun araşdırmasına görə, uzun illərdir yol infrasturkturu ilə bağlı mühüm dövlət vəzifələrində çalışan Şahin İbadov bu dövr ərzində özünə və ailəsinə böyük biznes imkanları qurmağı da bacarıb.
Əvvala qeyd edək ki, Ş.İbadov Şəki və Oğuz yol tikinti istismarı idarəsinin rəisi, Bakı 4 saylı idrənin rəisi, “AzərAvtoyol Təchizat İdarəsi”nin rəisi, “Azəravtoyol” sədrin məsləhətçisi vəzifəsində çalışıb və hazırda isə AAYDA sədrinin müşaviridir.
Ş.İbadov həm də Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusudur.
QSC-nin qanuni təmsilçisi isə Məhərrəmov Tofiq Vüqar oğludur. AAYDA sədrinin müşavirinin “Trans Tikinti” MMC-si də var. Bu şirkətin 100 faizlik səhmləri oğlu Namiq İbadzadəyə məxsusdur.
İlin əvvəlində bu şirkətin də qanuni təmsilçisi Tofiq Məhərrəmov Vüqar oğlu olub.
T.Məhərrəmov AAYDA sədrinin müşavirinin yaxın qohumudur, Azərbaycan İqtisad Universitetinin tələbəsi olub və burada da 2019-cu ildə magistr dərəcəsi alıb.
Elmi andı:
“Mən, Məhərrəmov Tofiq Vüqar and içirəm ki, “Respublikada ticarət firmalarının marketinq strategiyasının formalaşması” mövzusunda magistr dissertasiyasını elmi əxlaq normalarına və istinad qaydalarına tam riayət etməklə və istifadə etdiyim bütün mənbələri ədəbiyyat siyahısında əks etdirməklə yazmışam”.
AAYDA sədrinin müaşvirinin oğlu hazırda “Siracoglu” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

 

 

 

Apardığımız araşdırmaya görə, 2019-cu ildə MMC yarananda, şirkətin qanuni təmsilçisi Əhmədzadə Eyyub Qalib oğlu olub.
“Siracoglu” MMC-nin tərkibində Aşıq Molla Cümə küçəsi, 46B ünvanında “BİÇER Luxury İnteriors” mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
“Siracoglu” MMC-nin tərkibində Şəkidə və bir sıra rayonlarda böyük fermer təsərrüfatları da mövcuddur.
QARABAĞDAKI MAXİNASİYALAR
Ş.İbadov həmçinin BTK QSC və digər (yaxın qohumarın adına qeydiyyatdan keçmiş) şirkətlər vasitəsi ilə 2 milyon manatdan yuxarı şəxsi avtomobil parkını (15 yaxın bahalı avtomobil) iri texnikalar üçün nəzərdə tutulmuş sürtkü yağları ilə barter edib.
Sonradan, vəzifəsindən sui istifadə edərək Qarabağda çalışan şirkətlərə və AAYDA-nın digər müəssisələrinə satıb.
Ş.İbadov bundan başqa 2003-cü ildə yaradılan və sonradan müflis elan edilən tikinti şirkəti “Azərinşaat”a məxsus 100 ədədə yaxın yol tikinti texnikasını qeyri-qanuni yolla əldə edərək, Qarabadağda çalışan yol tikinti şirkətlərinə müqaviləsiz və yuxarı qiymətlə icarəyə verib.
O, bu yolla əldə etdiyi vəsait hesabına BTK QSC-nin adına Ağ Şəhərdəki “Knightsbridge” Yaşayış Kompleksində bir mərtəbə (1000m2 yaşayış sahəsi) alıb. Əmlakın dəyəri 3 000 0000 manatdır.

скачать dle 12.1

ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
KARİKATURA
YAZARLAR
SAĞLAMLIQ
TƏHSİL