Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, Almaniyadan deportasiya olunandan az sonra həbs edilən Cəfər Mirzəyevə 7 il 6 ay həbs cəzası istənilib. Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.
Prokuror iddia edib ki, AXCP fəalına qarşı narkotik ittihamı məhkəmədə sübuta yetirilib. Mirzəyev isə bu ittihamın yalan olduğunu, Almaniyada olarkən Azərbaycanda insan haqlarının pozulmasına etiraz aksiyalarında iştirakına görə cəzalandırıldığını deyir.
O, məhkəmədə də bildirib ki, Ramanı qəsəbəsində mağazada alış-veriş edəndə saxlanılıb, həmin vaxt üstündə də heç nə olmayıb. Polis idarəsində işgəncəyə məruz qaldığını vurğulayan AXCP üzvünün sözlərinə görə, kamera görüntülərinə baxılsa, dedikləri təsdiqini tapar. Onun sözlərinə görə, idarəyə aparılanda üzərində xəsarət izi yox idi. Amma işgəncədən sonra narkotiklə bağlı etiraf videosu çəkiləndə sifətində xəsarət görünür.
Mirzəyev siyasi mühacir kimi Almaniyada oturum izni almaq istəsə də, 2021-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb və yanvarın 27-də Bakıda həbs olunub.
Son ilyarım ərzində Azərbaycanda Almaniyadan deportasiya olunanlardan altı nəfər həbs edilib. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamı qəbul etmir, Almaniyada olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında iştirak etdiklərinə, hökumətin ünvanına səsləndirdikləri tənqidlərə görə ölkəyə qayıdandan dərhal sonra şərləndiklərini bildirirlər.
Daxili İşlər Nazirliyi isə Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaları əsassız sayır.
“Bu cür fikirlər qətiyyən həqiqətəuyğun deyil, məsuliyyətdən yayınmaq məqsədi daşıyır”, – nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna belə deyib.