Dünən, 12:00- Von der Leyenə məktub yazan jurnalist “kars”a salınıb, 20 gündür aclıq edir
Dünən, 00:59- Aktyordan Avropa rəsmilərinə müraciət: “İnsan hüquqları enerji maraqlarına qurban verilməməlidir”
21-07-2026, 00:58- “Toplum TV işi”: “İstəyirlər media, məhkəmə müstəqil olmasın”
20-07-2026, 00:56- Bəxtiyar Hacıyev: “Leyenin səfərindən sonra mənə və digər məhbuslara qarşı təzyiqlər artıb”
19-07-2026, 13:56- Odessa yaxınlığında dron hücumunda həlak olan azərbaycanlı kapitanın nəşi tapılıb
19-07-2026, 13:54- Azərbaycanda sənaye artımı faktiki dayanıb: altı ayda cəmi 0,1 faiz
18-07-2026, 13:59- Aytac Tapdıq təcridxanadan yazır: “Dövlət insanları həbs edərək təkcə azadlıqlarını deyil, tibbi müayinə hüquqlarını da qəsb edir”
18-07-2026, 13:53- Umbakı Penitensiar Kompleksində məhkumlar saxlanma şəraitindən şikayətlənirlər: “İstidən ölürük”
16-07-2026, 13:52- Azərbaycan yüksək həbs göstəricisi olan ölkələr sırasında: “Həbsxanalar 98 faizdən çox doludur”
15-07-2026, 13:51- “QHT işi”: Nərgiz Muxtarovaya 7 il 6 ay şərti cəza verilib
15-07-2026, 13:47- Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"
14-07-2026, 19:41- Qardaşına görə hədəf alındığını bildirir...
14-07-2026, 13:45- Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb
13-07-2026, 13:50- QTA-nın yeni qaydaları mübahisə yaradıb: Ətin qiyməti bahalaşa bilərmi?
7-07-2026, 13:58- Hesablama Palatası nöqsan tapır, dövlət qurumları isə milyonluq sifarişləri davam etdirir - III hissə
29-05-2026, 21:22- İstanbulda 70 kiloqram qızılla saxlanılan azərbaycanlı diplomat 6 il azadlıqdan məhrum edilib
29-05-2026, 21:20- Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Komitə də bundan sonra ölkədən çıxışa “stop” qoya biləcək
28-05-2026, 21:19- Mehriban Rəhimli: “Azərbaycanda heç kim mənə rüşvət təklif etməyə cəsarət edə bilməzdi”
17-05-2026, 21:08- Tramp Çinlə “fantastik ticarət razılaşmaları” əldə olunduğunu bildirib
16-05-2026, 21:07- Azərbaycanda qiymət artımı davam edir: ərzaq məhsulları 6,7 faiz bahalaşıb
Yanvarın 7-də Masallı rayon Polis Şöbəsinin əməkdaşları 20 kub metr işlik agac materialı yüklənmiş yük avtomobilini saxlayıb. Cənub rayonlarının meşələrinin amansız şəkildə məhv edilməsinin bariz sübutu olan bu faktı ört-basdır etmək üçün yerli ekologiya qurumları müxtəlif bəhanələr fikirləşib. Amma saxlanılan işlik materialın cənub meşələrindəki kütləvi qırıntılar hesabına olduğuna şübhə yoxdur.
Məlumata görə, işlik materialla yanaşı 280 kisə kömur də tutulub.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazilərində meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı redaksiyamıza həyəcanlı məlumatlar daxil olub. Yardımlı, Masallı və Cəlilabad meşələrində kütləvi qırıntıların olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, heç vaxt bu şəkildə vəhşicəsinə meşələrin məhv edilməsinin şahidi olmayıblar.
Məlumatlarda bildirilir ki, Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında “Qırmızı kitab”a düşmüş agcaqayın, qizilagac və sair, agaclar qırılaraq işlik material kimi Xocavardakı sexlərə satılır. Başqa bir məlumatda iddia olunur ki, Qəriblər meşəbəyliyindən hər gün iki yük maşını işlik material satılır.
Cənub meşələrindəki kütləvi qırıntılarla bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirməkdəyik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də kütləvi qırıntılara müdaxilə etməyi xahiş edirik… //AzToday.az//